Əsas Səhifə > Ölkə, Manşet > MƏMURLARDAN BİRİNİN ÖZƏL ZOOPARKI VAR

MƏMURLARDAN BİRİNİN ÖZƏL ZOOPARKI VAR


28-10-2011, 15:27
MƏMURLARDAN BİRİNİN ÖZƏL ZOOPARKI VAR

BAKI HEYVANXANASINDA FİL YOXDUR, AMMA MƏMURUMUZ 4 FİL SAXLAYIR

DİA.AZ: - Məmurlarımızın pullarını hara qoyacaqları barədə bir problem yaşadığını artıq Azərbaycan cəmiyyəti çoxdan bilir. Hər halda, absurd əyləncələrə və anlamsız işlərə sərf edilən neft pullarına əlimiz yetməsə də, cingiltisini eşitməyimizdə heç bir problem yoxdur.

Əslində əvvəllər bizlər ərəb şeyxlərinin əcaib pul israfçılıqları barədə yazılar oxuyar və heyrətlənərdik. İndi isə elə bir dövrə yetişmişik ki, hansısa ərəb bizi heyrətləndirə bilməz. Artıq özümüzün «MİLLİ ŞEYXLƏRİMİZ» var və bu «milli şeyxlərimiz»in isrfaçılıqları hətta ərəblərin özlərini mat-məəttəl qoyacaq həddədir.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, Azərbaycan hakimiyyətinin çox nüfuzlu simalarından biri artıq pulunu hara xərcləməyin yolunu tapıb. Bu barədə məlumatı verən Nazirlər Kabinetindəki etibarlı qaynaq idda edir ki, həmin məmurumuz Mərdəkan-Şüvəlan ərazisinin yaxınlığında böyük bir əraizidə özünə özəl heyvanxana düzəltdirib:

«Başdan-başa yaşıllığın içində olan bu heyvanxanının bir tərəfi Xəzər dənizinə açılır. Həmin heyvanxananın ümumi qiyməti isə 25 milyon dollara yaxındır».

Mənbəmiz iddia edir ki, Bakı zooparkında filə, zürafəyə həsrət qalan və gözünün qurdunu bir-iki ilan balasını seyr etməklə öldürən paytaxt sakinlərindən və onların övladlarından fərqli olaraq həmin nüfuzlu məmurumuzun özəl heyvanxanasında 4 ədəd fil və 2 zürafə var: «Bundan əlavə özəl heyvanxanada, bir cüt aslan da saxlanılır».


Geri qayıt