Əsas Səhifə > Ölkə > İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞI QANINA QƏLTAN EDİB

İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞI QANINA QƏLTAN EDİB


15-08-2012, 13:55
İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞI QANINA QƏLTAN EDİB

RÖVŞƏN ƏHMƏDOV KİMƏ GÜVƏNİR?

Daxil olan şikayət məktubunda Ağcəbədi rayon sakini Ramiz Səfərovun ailəsi həmin rayonun cira başçısının müavini Rövşən Əhmədovun onlara qarşı zorakılıq etdiyini bildirirlər.

Bildirilir ki, R.Səfərov ürək qüsuru olan 8 yaşlı qızı Fiqurəni təcili olaraq özünün idarə etdiyi avtomobildə həkimə apararkən, R.Əhmədov onu saxlayaraq yanından sürətlə keçdiyinə görə söyməyə və zərbələr endirməyə başlayıb. Şikayət məktubunda yazılanlara görə, Ramiz Səfərov təhqirlərə cavab verərkən, Rövşən Əhmədovun qardaşı Əliş də məsələyə qarışıb və iki qardaş Ramiz Səfərovu yerə yıxaraq vəhşicəsinə döyməyə başlayıblar. Hətta Rövşən Əhmədovun ayaqlarına düşən 8 yaşlı Fiqurənin yalvarışlarına baxmayaraq ona u da itələyib kənara atdığı və qızcığazın gözü qarşısında atasını vəhşicəsinə döydüyü deyilir.

Qeyd olunur ki, ağır vəziyyətdə olan zərərçəkmişin xəstəxanada qalmasına da imkan verilməyib və hər hansı yardım göstərilməyib. Əksinə, Ramiz Səfərovun polisə müraciət edəcəyi halda öldürməklə hədələndiyi də deyilir. Yaxınları bildirirlər ki, daxili orqanları da zədələnən xəstənin vəziyyəti get-gedə ağırlaşır və əmək qabiliyyətini itirib. \ Bolgexeber.Com \

Geri qayıt