Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏTİN «BOZ KARDİNALI» AĞIR XƏSTƏDİR

HAKİMİYYƏTİN «BOZ KARDİNALI» AĞIR XƏSTƏDİR


15-08-2012, 13:45
HAKİMİYYƏTİN «BOZ KARDİNALI» AĞIR XƏSTƏDİR

RAMİZ MEHDİYEV BİR NEÇƏ DƏFƏ ƏMƏLİYYAT OLUNUB: YENİ ƏMƏLİYYAT OLACAQ

DİA.AZ: - Zaman-zaman hakimiyyətin əsas fiqurlarından biri və həm də birincisi kimi təqdim olunan, cəmiyyət arasında «boz kardinal» ünvanına layiq görülmüş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin olması barədə redaksiyamıza məlumat daxil olub. Nazirlər Kabinetindəki məlumatlı dairələrdən DİA.AZ-a sızdırılan informasiyalardan belə aydın olur ki, əslində Ramiz Mehdiyev son bir il ərzində bir neçə dəfə əməliyyat olunub.

Mənbəmizin sözlərinə görə, prostatdan və böyürəyindəki problemlərdən əziyyət çəkən Ramiz Mehdiyev bir müddət əvvəl xarici ölkələrin birindəki məhşur klinikada ağır əməliyyat keçirərib ki, nəticədə PA rəhbərinə 330 min ABŞ dollarına orqan transfer olunub. Qeyd edək ki, Mehdiyevin böyrəyinin hər ikisinin dəyişdirildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, onun əsas problemləri hazırda prostatı ilə bağlıdır.

Məlumatı verən qaynağın iddialarından o da aydın olur ki, hazırda yataq xəstəsi olan Ramiz Mehdiyev əməliyyat olunması üçün yenidən Azərbaycandan getməyə hazırlaşır: «Onun növbəti əməliyyatı da baha olacaq. Təxminən 200 min ABŞ dolları həcmində xərcin çıxacağı söylənilir».

Geri qayıt