Əsas Səhifə > Cəmiyyət > FİRUDİN CƏLİLOV TELEKANALLARI İTTİHAM ETDİ

FİRUDİN CƏLİLOV TELEKANALLARI İTTİHAM ETDİ


15-08-2012, 13:28
FİRUDİN CƏLİLOV TELEKANALLARI İTTİHAM ETDİ

KONSEY ÜZVÜ TƏBRİZƏ DİQQƏT TƏLƏB EDİR

Avqustun 11-də İranda baş vermiş zəlzələ ümummilli faciədir.

Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin İdarə Heyətinin üzvü Firudin Cəlilov belə hesab edir.

Çərşənbə günü Media Mərkəzdə mətbuat konfransındakı çıxışında o, xatırladıb ki, üç sutka ərzində Şərqi Azərbaycan əyalətində 930 yeraltı təkan baş verib, 220 kəndə ziyan dəyib. Bunun 66-ı tamamilə dağılıb.

Rəsmi məlumatlara görə, 120 min adam zərər çəkib, 300-dən çox adam həlak olub, 2 mindən çoxu yaralanıb. Lakin reallıqda qurbanların sayı beş mini ötür, lakin hadisə real statistikanı gizlədir.

F.Cəlilov qeyd edib ki, İran xarici yardımı qəbul etmir ki, bu da “İran şovinist rejiminin azərbaycanlılara qarşı münasibətinin göstəricisidir”. O həmçinin deyib ki, Təbriz yaxınlığında zəlzələ heç də həqiqi deyil. Çox ehtimal ki, yeraltı təkanlar süni mənşəli ola bilər. Məhz bu səbəbdən də İran xarici yardımı ölkəyə buraxmır.

F.Cəlilov Azərbaycan telekanallarını və hakimiyyəti Cənubi Azərbaycanda faciəyə laqeyd qalmaqda ittiham edib. O bu günlərdə telekanallarda şou proqramların nümayiş etdirilməsini “mənəviyyatsızlıq” adlandırıb.

Azərbaycan hakimiyyəti də baş verənlərə eyni cür yanaşır, baxmayaraq ki, zəlzələdən zərər çəkənlər etnik azərbaycanlılardır.

Təşkilatın İdarə Heyətinin üzvü Aynur İmranova bildirib ki, Facebook vasitəsilə 10 min manat yığa biliblər. “Çalışacağıq ki, bu pulları Cənubi Azərbaycandakı fəallara çatdıraq. Bizim yardımdan imtina edirlər, deyirlər ki, yalnız uşaqlar üçün süd göndərilə bilər. Orada donor qanına ciddi ehtiyac var və bu cür isti hava şəraitində onu göndərmək çətindir”.

Təşkilat prezident İlham Əliyevə müraciət edərək laqeyd qalmamağa, Cənubi Azərbaycandakı soydaşlarımıza yardım göstərilməsinə çağırıb.

Geri qayıt