Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ NARKOTİK «RAZBORKASI»

HAKİMİYYƏT DAXİLİNDƏ NARKOTİK «RAZBORKASI»


15-08-2012, 13:09
HAKİMİYYƏT DAXİLİNDƏ NARKOTİK «RAZBORKASI»

MTN-NİN KEÇİRDİYİ ƏMƏLİYYATLARDAN HANSI MƏMURLAR NARAHAT OLUB?

DİA.AZ: - Azərbaycanda narkomafiyanın fəaliyyəti barədə bu günə kimi çox yazılsa da, bu barədə hələ də dolğun məlumatlar ictimaiyyətdən gizli tutulur. Əslində bunun səbəbləri hər kəsə məlumdur. Hətta bu gün ard-arda əməliyyatlar keçirərək narkotranzitləri bir-birinin ardından ifşa etməkdə olan Milli Təhlükəsizlik Nazirliyində də yaxşı bilirlər ki, onların «qurbanlıq» kimi həbs etdikləri şəxslər sadəcə olaraq sıradan narkokuryerlərdir və bui şin arxasında çox ciddi qüvvələr dayanır.

Təbii ki, həmin CİDDİ QÜVVƏLƏRİN əlinin çox uzun olduğu söylənilir. Hətta hakimiyyətin yuxarı eşalonunu belə silkələyəcək səviyyədə olan bu «uzun əllərin» birdəfəlik olaraq kəsilməsinin isə qeyri mümkün olduğu faktı mövcuddur. Qeyri-rəsmi informasiyalara görə, bu gün dövlətin başında oturan bir neçə ünlü sima məhz narkobiznesdən il ərzində milyonlarla dollar pul qazandıqlarından onlar Azərbaycanı bu gün dünya narkobaronlarının əlindən əsas tranzit məkanı kimi almağa cəhd etmirlər və mənfəətlərinin olması səbəbindən hətta bu xəttin başlıca himayədarları kimi çıxış etməkdədirlər.

Xatırladaq ki, buna qədər həmin qüvvələrlə bağlı keçmiş millət vəkili, hazırda Daşkəsən rayonuna rəhbərlik edən Əhəd Abıyev də həyəcan təbili çalmışdı. Lakin sonradan indiki icra başçısı geri çəkilməli oldu ki, bu da narkobiznes himayədarlarının qüdrətinin təzahürü kimi qəbul olundu.

Təbii ki, bizlər də bir media mənsubu olaraq risq edəcək ovqatda olmasaq da, yalnız bu çevrələrlə bağlı əldə etdiyimiz ilginc faktları kimsənin adını çəkmədən diqqətinizə çatdırmaq qərarını verdik. DİA.AZ-a hökumət içindəki etibarlı mənbələr tərəfindən ötürülən informasiyadan aydın olur ki, bu günlərdə MTN-nin əməliyyatçıları çox ciddi şəxslərə qarşı əməliyyat keçirmək üçün tədarükə başlasalar da, sonradan nüfuzlu məmurlardan birinin müdaxiləsi ilə bu əməliyyatın qarşısı alınıb.

Mənbəmizin söylədikləri: «Amma MTN rəhbərliyi bununla kifayətlənməyib və baş verənlərlə bağlı «yuxarıları» məlumatlandırıb. Lakin məsələn çox böyüyüb və vəziyyət o həddə çatdırılıb ki, MTN əməliyyatından vaz keçməli olub». Mənbəmiz əlavə olaraq bildirir ki, hətta bu məsələ ilə əlaqədar çox nüfuzlu oliqarx-məmurların bəziləri üz-üzə də gəliblər.

Hər halda, hakimiyyətin üst düzəyində narkomafiya ilə bağlı müşahidə olunan qərarsızlıq əslində xəfif də olsa, himayə təəssüratını yaratmaqdadır.

Murad TƏHMƏZOV DİA.AZ - HAKİMİYYƏT DAXİLİNDƏ NARKOTİK «RAZBORKASI»

Geri qayıt