Əsas Səhifə > Ölkə > MƏHKƏMƏ “YEHOVA ŞAHİDLƏRİ”NƏ HAQQ QAZANDIRDI

MƏHKƏMƏ “YEHOVA ŞAHİDLƏRİ”NƏ HAQQ QAZANDIRDI


16-09-2011, 14:02
MƏHKƏMƏ “YEHOVA ŞAHİDLƏRİ”NƏ HAQQ QAZANDIRDI

“GÖZƏTÇi QÜLLƏSi”NİN GƏTİRİLMƏSİNƏ İCAZƏ VERİLDİ

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “Yəhova şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, dini icma xaricdən Azərbaycana 1500 nüsxə dini ədəbiyyat və Azərbaycanda yayılması qadağan olunan “Gözətçi qülləsi” adlı jurnalı gətirmək üçün komitəyə müraciət edib. Komitə isə yalnız 300 nüsxə dini ədəbiyyatın gətirilməsinə icazə verib. “Gözətçi qülləsi” jurnalının isə gətirilməsinə qadağa qoyub.

Buna görə “Yəhova şahidləri” dini icması dini ədəbiyyatların və “Gözətçi qülləsi” jurnalının Azərbaycana gətirilməsinin təmin olunması, həmçinin 1000 manat maddi, 800 manat mənəvi zərərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib.

Məhkəmə icmaya dini ədəbiyyatların, həmçinin adı çəkilən jurnalın Azərbaycana gətirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.

Maddi-və mənəvi zərərin ödənilməsi barədə olan iddia isə təmin olunmayıb.

Geri qayıt