Əsas Səhifə > Hadisə > OĞRU ALƏMİNİN AVTORİTETLƏRİ MƏRDƏKANA YIĞIŞDI

OĞRU ALƏMİNİN AVTORİTETLƏRİ MƏRDƏKANA YIĞIŞDI


15-08-2012, 12:12
OĞRU ALƏMİNİN AVTORİTETLƏRİ MƏRDƏKANA YIĞIŞDI

ONLAR “SXODKA”YA TOPLAŞIBLAR

“Deyilənə görə onların yaxın münasibətləri AST Telman yetmişinci illərin axırlarında Cənub mehmanxanasında barmen işləyərkən başlayıb. Həmin dövrlərdə Cənub mehmanxanasında güclü dava düşüb”

Dünən Bakıda tanınmış avtoritetlərin görüşü keçirilib. Bu barədə “Qafqazinfo”ya ogru dünyasına yaxın mənbədən məlumat daxil olub. Məlumata görə, oğru dünyasının tanınmış simaları Bakının Mərdəkan kəndində “sxodka”ya toplaşıblar. “Sxodka”da avtoritetlərdən Amin Mərdəkanski, Kubinkalı Abı (Üzüyanıq), Moskva Rafael və digər oğru dünyasının sayılıb-seçilən simaları iştirak ediblər.

Müzakirə əsasən bakılı avtoritetlərin Rövşən Lənkəranski ilə Qoca arasındakı insidentdə öz mövqelərini müəyyənləşdirməkdən ibarət olub. “Sxodka”ya əsasən Amin Mərdəkanski başçılıq edib. Amin Mərdəkanski Rövşən Lənkəranskinin Azərbaycandakı sağ əli sayılır. Elə dünənki müzakirələrdə də avtoritetlərin Rövşənin xeyrinə qərar çıxardıqları deyilir. Belə ki, onlar iki nüfuzlu avtoritetin razborkasında daha çox Rövşənin yanında olmaqla bağlı qərar qəbul ediblər.

Qeyd edək ki, dünənki müzakirələrdə iştirak edən Kubinkalı Abı hələ ötən əsrin yetmişinci illərindən AST Telmanla dostluq münasibətindədir. Onların yaxın dostluğu indiyə kimi davam edir. Deyilənə görə onların yaxın münasibətləri AST Telman yetmişinci illərin axırlarında Cənub mehmanxanasında barmen işləyərkən başlayıb. Həmin dövrlərdə Cənub mehmanxanasında güclü dava düşüb. O vaxt Abı AST Telmanı müdafiə edərək gələcək milyarderi ölümdən qurtarıb. Və bu hadisə onların indiyədək qorunub saxlanan münasibətlərinə səbəb olub.

Geri qayıt