Əsas Səhifə > Gündəm, Manşet > “AKKORD”UN İŞÇİLƏRİ ETİRAZA HAZIRLAŞIR

“AKKORD”UN İŞÇİLƏRİ ETİRAZA HAZIRLAŞIR


28-10-2011, 13:09
“AKKORD”UN İŞÇİLƏRİ ETİRAZA HAZIRLAŞIR

EYNİ GÜNDƏ 7 YERDƏ AKSİYALAR PLANLAŞDIRILIR

Qazax sement zavodunun tikintisində iştirak etmiş “Akkord” şirkətinin 51 nəfər keçmiş işçisi hüquqlarının kobud şəkildə pozulmasına etiraz edirlər.

Onların hüquqlarını müdafiə edən vəkil Elçin Namazov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək noyabrın 8-də Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Baş Prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi, ABŞ və Avropa İttifaqının Bakıdakı səfirlikləri qarşısında piket keçirəcəklərini bildiriblər.

Vəkilin sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb fəhlələrin hər birinin 3000 manata yaxın əmək haqqının mənimsənilməsi, iş vaxtından artıq saatlar, şənbə-bazar və bayram günləri üçün əmək haqqının verilməməsidir.

E.Namazov xatırladıb ki, bu faktla bağlı dəfələrlə Akkord Tikinti-İnvestisiya Korporasiyasına, həmçinin müvafiq dövlət orqanlarına müraciət edib. Təəssüf ki, həmin şikayətlərə baxılmayıb, üstəlik inzibati üsullarla fəhlələr cəzalandırılıb. Bundan sonra fəhlələr etiraz aksiyası keçirmək qərarına gəliblər.


Geri qayıt