Əsas Səhifə > Cəmiyyət > İRAN İNDİ DƏ AZƏRBAYCANA BU YOLLA TƏZYİQ EDİR
İRAN İNDİ DƏ AZƏRBAYCANA BU YOLLA TƏZYİQ EDİR14-08-2012, 14:40 |
İRANA VİZA ALMAQ PROBLEMƏ ÇEVRİLİB İranın Azərbaycan vətəndaşları üçün viza rejimini müvəqqəti bərpa etməsi bu ölkənin Bakıdakı səfirliyinin qarşısında böyük növbənin yaranmasına səbəb olub. Xatırladaq ki, İran avqustun 5-dən 31-dək viza rejimi tətbiq edib. Bu, avqustun 26-da İranda Qoşulmamaq Hərəkatı sammitinin keçirilməsi ilə əlaqədardır. Bu qərar İrana səfər planlaşdıran Azərbaycan vətəndaşları, Bakıya və ölkənin digər regionlarına İran ərazisi ilə səfər edən Naxçıvan sakinləri üçün ciddi problemlər yaradıb. Hər gün viza almaq istəyən adamlar səfirliyin qarşısında toplaşır. Bunlar əsasən İrana müalicə üçün gedənlər, həmçinin Naxçıvan sakinləridir. İrana müalicə məqsədilə kütləvi səfərlər Azərbaycanda tibbi xidmətin aşağı səviyyədə olmasının göstəricisidir, baxmayaraq ki, diaqnostika mərkəzlərinin və özəl klinikaların sayı artır. Bunun bir səbəbi də odur ki, İranda əməliyyatın qiyməti Azərbaycanda olduğundan xeyli aşağı, müalicənin keyfiyyəti isə xeyli yüksəkdir. Bu gün səhərdən səfirliyin qarşısına yüzlərlə adam toplaşıb. Polis mayorun rəhbərliyi ilə bir qrup polis əməkdaşı qayda-qanunu tənzimləyir. Ayın 5-dən vətəndaşlara viza almaq üçün nömrələr verilir. Bəziləri bir neçə gündür ki, səfirliyə gəlsə də, qəbula düşə bilmir. Onların sözlərinə görə, polisin öz siyahısı var və adamları “tanışlığa görə” çağırırlar. Qadınlardan biri bildirib ki, ikinci gündür ki, viza almaq üçün Binə qəsəbəsindən bura gəlir, amma heç nömrə də ala bilmir. Polislər özləri də baş verənləri şərh etmirlər. İran səfirliyindən baş verənləri şərh etməyərək bunun müvəqqəti tədbir olduğunu bildiriblər. Statistikaya görə, vizasız rejimin olduğu vaxtda hər ay bir neçə min Azərbaycan vətəndaşı İrana səfər edib. Geri qayıt |