Əsas Səhifə > Ölkə, Manşet > MİSİR MƏRDANOV TQDK SƏDRİNƏ QARŞI HÜCUM ƏMRİ VERDİ
MİSİR MƏRDANOV TQDK SƏDRİNƏ QARŞI HÜCUM ƏMRİ VERDİ14-08-2012, 14:09 |
YENƏ DƏ QARA PİAR ÜSULUNDAN İSTİFADƏ EDƏCƏKLƏR DİA.AZ: - Təhsil Naziri Misir Mərdanovun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə ədavətdə olması bir faktdır. Və iki dövlət qurumu arasında uzun müddətdən bəri cərəyan edən söz dueli də deyilənləri təsdiqləməkdədir. Bir-birinin ardından səlahiyyətlərini TQDK-ya güzəştə getməli olan Misir Mərdanovun qəzəbli olması isə, onun Məleykə Abbaszadəyə qarşı qara piar kampaniyasına start verməsindən də aşkar surətdə duyulmaqdadır. Məsələn, bir neçə gün əvvəl «əsərləri» təhsil nazirliyi tərəfindən dərsliklərə salınan Yunus Oğuzun rəhbərlik etdiyi «Olaylar» agentliyi tərəfindən dövriyyəyə belə bir dezinformasiya ötürüldü ki, guya Məleykə Abbaszadə ailə həyatı qurub. Əslində burada elə bir qəbahətli hal olmasa da, sadəcə olaraq məqsədli şəkildə yayılan şaiyənin məqsədinin TQDK sədrinin ictimai nüfuzuna zərbə kimi hesablanması bir çox qaranlıq məqamların ortaya çıxarılmasına nədən oldu. Araşdırmalar nəticəsində ortaya çıxdı ki, sən demə, bu yolla sözügedən agentliyin patronu Misir Mərdanov qarşısında borcundan çıxırmış. Yəni «əl əli yuyar, əl də qayıdıb üzü» prinsipindən çıxış edən hörmətli Yunus Oğuz cənabları əsərlərinin dərsliklərə salınmasının qarşılığını vermiş oldu. Amma aydın olanı odur ki, Misir Mərdanov TQDK sədrinə qarşı bu tipli qara piar üsullu təbliğat kampaniyası fikrindən vaz keçməyib. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən ötürülən informasiyalardan da aydın olur ki, Misir Mərdanov yeni dərs ilinə yeni qara piar kampaniyası ilə start vermək fikrindədir. Mənbəmizin bildirdikləri: «Şəxsən Misir Mərdanovun istəyilə Məleykə Abbaszadəyə qarşı kampramatlardan ibarət bir neçə səpgili materiallar hazırlanıb ki, həmin məqalələrin də ayrı-ayrı mətbuat orqanlarında dərci planlaşdırılır. Hətta bu məsələdə müxalifət mətbuatına çox geniş yer verilməsi nəzərdə tutulub və hər bir qəzet məqaləsinin müqabilində yazını dərc edən qəzetin nüfuzuna uyğun olaraq 500-1000 manat arasında pul vədi də yer almaqdadır». Məlumatlı qaynağın iddialarına görə, təhsil naziri bu yolla Məleykə Abbaszadəni gözdən salmaq fikrindədir: «Misir Mərdanov belə düşünür ki, TQDK sədri onun yerinə nazir gəlmək istəyir. Və bu səbəbdən TN şefi öz aləmində ətrafında müdafiə qalası formalaşdırdığını zənn edir. Yəni qara piar üsulu ilə»… Geri qayıt |