Əsas Səhifə > Şou-biznes > ALİM QASIMOVA YARAŞANI

ALİM QASIMOVA YARAŞANI


14-08-2012, 13:27
ALİM QASIMOVA YARAŞANI

BU GÜN CANLI KORİFEYİMİZİN DOĞUM GÜNÜDÜR

DİA.AZ: - Onun yaşayan korifey, canlı bir sənət abidəsi olmasının fərqinə varanlarımız az olsa da, Alim Qasımovun bu gün qərarlaşdığı zirvənin əzəməti bu möhtəşəm sənətçimizin az da olsa, dəyərləndirə bilməyimizin təcəssümü kimi qəbul olunmalıdır. Bəli, «az da olsa»… Çünki Alim Qasımov elə bir istedad, Tanrı vergisi sahibidir ki, onun kimi sənət adamlarının mənsubu olduğu millət tərəfindən ovuc içində gəzdirilməsi ehtiyacı var.

Kimiləri onun Azərbaycanın milli muğam müstəvisində etdiyi yeniliklərini zamanında qəbul etməsə də, sonradan Alim Qasımov Türk Kökünün diqtə etdiyi tərzdə gətirdiyi yeniliklərini hər kəsə həzm etdirə bildi. Ən azından bu məmləkətin superetnosuna və bu gün onu durmadan alqışlayan ayrı-ayrı ölkələrin muğamsevərlərinə…

Bu gün onun 55 yaşı tamam olur. Bizlər «Dünya» İnformasiya Agentliyi olaraq muğam ustadımızı bu münasibətlə təbrik edir, ona Böyük Azərbaycanın böyük səhnə uğurlarını arzulayırıq. Ona yaraşanı budur…

Geri qayıt