Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ İKİ HƏFTƏ MAŞIN SÜRÜB

MÜĞƏNNİMİZ İKİ HƏFTƏ MAŞIN SÜRÜB


14-08-2012, 13:20
MÜĞƏNNİMİZ İKİ HƏFTƏ MAŞIN SÜRÜB

SAMİR PİRİYEVİN TƏYYARƏ QORXUSU

Müğənni Samir Piriyevin təyyarəyə minə bilmədiyi çoxlarına bəllidir.

Sənətçi bu səbəbdən həm yaradıcılıq, həm qeyri-işgüzar səfərlərinə şəxsi avtomobilində çıxır. Öyrəndik ki, müğənni xanımı Anara ilə yenicə istirahətdən qayıdıb. Onlar əvvəlcə Gürcüstanda olub və orada bütün şəhərləri dolaşıblar. Sonra Türkiyəyə yol alıb, Qaradəniz bölgələrini, Trabzon, Ordu, İzmir, İstanbul, Antalya, Kəməri gəziblər. Bütün bu gəzintilərdə sənətçi nəqliyyat kimi yalnız avtomobilindən istifadə edib. Bu barədə Milli.Az-a danışan sənətçi məlum səbəbdən azyaşlı qızı Fərəhi özləri ilə apara bilmədiklərini söylədi:

"Uşaqla uzaq yola, özü də avtomobillə çıxmaq çətin olardı. Qızımızın narahat olmasını istəmədik. İki həftə şəhərləri dolaşdıq. Maraqlı tətil oldu. Amma qızımız üçün çox darıxdıq".

Samirlə birlikdə səyahətdən zövq alan xanımı avtomobil səfərini daha maraqlı hesab edir.

"Artıq o da mənim kimi uzun səfərlərə alışıb. Bizim üçün təyyarədənsə bu cür səfər daha maraqlı gəlir. Şəhərləri qarış-qarış gəzib, istənilən yerlərə baş çəkə bilirik. Amma bir məqamı etiraf edim ki, istirahət üçün Türkiyə hələlik sonuncu seçimimiz ola bilər. Çünki dəfələrlə həm yaradıcı, həm də istirahət məqsədi ilə qonşu ölkədə olmuşuq. Söz vermişəm ki, hər tətil mövsümündə Avropa ölkələrini də dolaşacağıq. Həm də Gürcüstan və Türkiyədə olarkən adam özünü Bakıdakı kimi hiss edir. Bir az kənara çıxıb, özümüzü qərib hiss etmək istəyirik. Həm də bu şəhərlərdə çoxluq məni tanıyır, şəkil çəkdirmək üçün yaxınlaşır. Özümü doğmalaşmış hiss edirəm. Avropada bir qədər sərbəstliyin dadını çıxarmaq lazımdır", - deyə müğənni bildirdi.

Geri qayıt