Əsas Səhifə > Şou-biznes > NAMİQ AYGÜN MƏSƏLƏSİNƏ NÖQTƏ QOYUB

NAMİQ AYGÜN MƏSƏLƏSİNƏ NÖQTƏ QOYUB


13-08-2012, 13:14
NAMİQ AYGÜN MƏSƏLƏSİNƏ NÖQTƏ QOYUB

“KİMƏSƏ MARAQLIDIRSA, QOY OTURSUN, FİKİRLƏŞSİN”

Tanınmış meyxanaçı Namir Qaraçuxurlu müğənni Aygün Kazımova haqqında kifayət qədər sərt danışıb.

Day.Az saytı xəbər verir ki, bu, “Space” telekanalının "Plus-minus" verilişində baş verib.

Meyxanaçıdan soruşulub ki, nəyə görə Aygün Kazımovanın Nabran konsertində iştirak etmirdi. Onun cavabı isə belə olub:

"Mən özümə söz vermişəm ki, bir də bu barədə danışmayım. Bu barədə son sözü demişəm və xahiş edirəm ki, bir də məni bu mövzu ilə narahat etməsinlər. Əgər kiməsə maraqlıdırsa, qoy otursun, fikirləşsin və səbəbi tapsın", - o əlavə edib.

Geri qayıt