Əsas Səhifə > Şou-biznes > VASİF MƏHƏRRƏMLİDƏN XOŞMƏRAMLI ADDIM

VASİF MƏHƏRRƏMLİDƏN XOŞMƏRAMLI ADDIM


28-10-2011, 12:34
VASİF MƏHƏRRƏMLİDƏN XOŞMƏRAMLI ADDIM

O, SƏNƏT DOSTLARINI TÜRKİYƏYƏ YARDIM ETMƏYƏ ÇAĞIRDI

Türkiyədə keçirilən “Vana dəstək” kampaniyasına Türkiyənin tanınmış sənət adamları da qoşulublar. Azərbaycan sənətçilərindən Türkiyəyə dəstək kampaniyasına ilk qoşulan müğənni Vasif Məhərrəmli olub.

Müğənni şəxsi vəsaitindən müəyyən bir məbləği ayıraraq yardım kampaniyasına qoşulub. Bu barədə Lent.az-a müğənni özü məlumat verib: “Türkiyədə baş verən fəlakət mənə bir türk olaraq ağır təsir etdi. Biz qardaş ölkəyik. Türk qardaşlarımıza dəstək olmaq üçün yardım aksiyasına qoşulmağa qərar verdim və müəyyən vəsaiti hesaba köçürtdüm. Düşünürəm ki, Van vilayətində baş verən təbii fəlakətdən sarsılan insanlara dəstək olmaq üçün hər bir Azərbaycanlı bu kampaniyada iştirak etməlidir. Mən mətbuat vasitəsilə sənət dostlarımı da türk qardaşlarımıza dəstək olmağa çağırıram”.


Geri qayıt