Əsas Səhifə > Partiya > "XALQ ORDA DÖYÜLDÜ, ƏZİLDİ, AMMA İSA QƏMBƏR”...

"XALQ ORDA DÖYÜLDÜ, ƏZİLDİ, AMMA İSA QƏMBƏR”...


13-08-2012, 11:11
"XALQ ORDA DÖYÜLDÜ, ƏZİLDİ, AMMA İSA QƏMBƏR”...

...“CAMAATIN QABAĞINA BELƏ ÇIXMADI"

Son günlər Müsavat Partiyası ilə Açıq Cəmiyyət Partiyası arasında münasibətlərkritikləşib. Sülhəddin Əkbər ACP-yə sədr gələndən sonra Müsavat başqanı İsa Qəmbərlə görüşərək əməkdaşlıq barədə danışıqlar aparsa da, iki partiya arasındakı buzlar ərimədi.

Daha doğrusu, ACP lideri Rəsul Quliyevin Müsavata qarşı sərgilədiyi mövqe, verdiyi açıqlamalar iki partiya arasında münasibətləri daha da gərginləşdirib. Bəzi mətbu orqanlarda isə bu gərginliyin alt qatında Sülhəddin Əkbərin Müsavat Partiyasının və rəhbərliyinə olan kəskin münasibitin olduğunu yazılır. O da bildirilir ki, S.Əkbər Müsavata zərbə vurmaq üçün bir qrupp keçmiş partiyadaşını ACP-yə transver edir.

Məsələylə bağlı fikirlərini bildirən ACP lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva S.Əkbərə qarşış yönələn ittihamlarla razılaşmır. Onun fikrincə, S.Əkbər Müsavatla ACP-nin düşmən olması üçün hər hansı bir addım atmaz: «Sülhəddin Əkbər təbiətcə sakit, təmkinli bir insandır. Bu kimi fikirlərin mətbuata necə çıxmasını deyə bilmərəm. Amma hesab edirəm ki, Sülhəddin bəy hansısa partiya ilə münaqiyəşəyə getmək yolunu tutmaz. Sadəcə, məsələ burasındadır ki, münaqişəni biz yox, qarşı tərəf yarıdır».

Qeyd edək ki, Müsavat Partiyasının bəzi funksionerləri də ACP rəhbərliyinə, konkret olaraq Rəsul Quliyevə qarşı tənqidi fikirlər səsləndirir. Z.Dünyamalıyeva deyib ki, son vaxtlar Müsavatda Rəsul Quliyevin fikirlərinə qarşı bir dözülməzlik sindromu yaranıb. Onun sözlərinə görə, Müsavat funksionerləri siyasi dözümsüzlük göstərərək haqsız və əsassız fikirlər işlədirlər ki, bu da onların zəifliyini göstərir: «Əgər bizim bu müxalifətin özünə tənqid yanaşması olsaydı, nə cəmiyyətimiz bu şəkildə sürünərdi, nə siyasi arena bu vəziyyətdə olardı, nə də hakimiyyəti 20 illik müddət ərzində təktərəfli olardı. Çox təəssüf ki, bizdə elə bir fikir formalaşıb ki, bir nəfər şah olmalıdır, yerdə qalanlar qul. Əgər biz doğrudan da müstəqil dövlət qurmuşuqsa, demokratiya davam edirsə, hakimiyyət də, müxalifət də tənqid olunmalıdır. Müsavat demokratiya və fikir azadlığını qəbul edirsə, nəyə görə dözümsüzlük nümayiş etdirir? Bu dözümsüzlük də azmış kimi, üstəlik əsassız ittihamlar edirlər. Arif Hacılı deyir ki, bu fikirlər Rəsul Quliyevin olmayan fikrini zərbədir. Əgər Rəsul Quliyevin Azərbaycan cəmiyyətində nüfuzu olmasaydı, bu gün də siyasətdə əsas şəxs kimi qəbul olunmazdı. O, 1996-cı ilin sentyabrından Azərbaycanı tərk edib, haradasa 17 ildir ki, vətəndə deyil. Arada siyasi fəaliyyətə ara verib, bununla belə Rəsul Quliyev gündəmdən düşməyib. Əgər bugünkü gənclər Rəsul Quliyevin ardınca gedirsə, onun partiyasına qoşulursa, bu o deməkdir ki, təkcə öz tərəfdarlı deyil, yeni nəsil də onu qəbul edir. Qoy, ölkədə normal şərait yaransın, kim özünə güvənirsə, seçkiyə qoşulsun və qalib olsun. Daha İsa Qəmbər kimi millətin səsini qazanıb, onları küçələrə töküb özü isə meydana çıxmadı. Xalq ona səs verdi, amma o, dörd divar arasından çıxıb səsi saxlaya bilmədi. Xalq orda döyüldü, əzildi, amma İsa Qəmbər camaatın qabağına belə çıxmadı».

«Yeri gəlmişkən, 2005-ci ildə də Rəsul Quliyev camaatı aeroporta yığdı, özü gəlmədi» sualına gəlincə, Zəminə xanım bu iki məsələnin fərqli olduğunu vurğuladı. «Mən Siz dediyiniz məsələyə də toxunacam, amma heç olmasa, adam gərək öz eyibini bilsin və etiraf eləsin. İnsanları təhqir eləmək lazım deyil. Əgər bu siyasətdirsə, burada siyasi fikir yürütmək lazımdır. Müsavat funksionerlərinin son davranışı bizi də məcbur edir ki, onlarla yeni tərzdə danışaq. Rəsul Quliyev öz fikrini bildirib, sən də öz fikirini de. Daha kimin nüfuzunun olub-olmadığını təftiş eləmək lazım deyil. Digər tərəfdən, xalq hərəkatının önündə gedən Arif Hacılı Milli Məclis sədrinin otağında Heydər Əliyevə yalvarmırdımı ki, gəl, bizim canımızı qurtar. Sonra nə oldu ki, təzədən müxalifət donu geyindilər?», deyən ACP yetkilisi bu kimi qeyri-etik yollarla deyil sağlam rəqabətin tərəfdarı olduğunu nəzərə çatdırıb.

Rəsul Quliyevin 2005-ci ildə Bakıya gələ bilməməsinə toxunan Z.Dünyamalıyeva bu məsələdə həm müxalifəti, həm də iqtidarı suçlayıb. Onun sözlərinə görə, müxalifət qısqanclığından, hakimiyyət isə qorxusunda R.Quliyevin Azərbaycana gəlməsini istəmirdilər: «Hakimiyyət 2005-ci ildə aeroport istiqamətində tökdüyü hərbi sursatı, əsgəri 20 ildə Ermənistan sərhədlərinə yığmamışdı. Digər tərəfdən, havadan uçan təyyarəyə ensə zolağı verilməliydi ki, aşağı düşsün. Əgər bu, verilmirdisə, necə enə bilərdi? Onu da deyə bilərəm ki, həmin seçim yanlış idi. Amma Rəsul Quliyev başqalarının səhvini dediyi kimi, həmin addımının da yanlış olduğunu etiraf edirdi. Təəssüf edirəm ki, Müsavat öz səhvini görmür, başqalarını təhqir eləmək yolunu tutur». \ mia.az \

Geri qayıt