Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV VƏZİFƏSİNDƏN ALINA BİLƏR

RÖVNƏQ ABDULLAYEV VƏZİFƏSİNDƏN ALINA BİLƏR


13-08-2012, 11:02
RÖVNƏQ ABDULLAYEV VƏZİFƏSİNDƏN ALINA BİLƏR

ONU, HAKİMİYYƏT İÇİNDƏKİ İNTRİQALARA CƏLB OLUNMASI BİTİRƏCƏK

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başı cəncəldədir. Bu barədə məlumatı hökumt içindəki mötəbər mənbələr redaksiyamıza ötürüb. DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə məlum olur ki, 2005-ci ilin parlament seçkilərindən sonra ulduzu parlayan Rövnəq Abdullayev Bakı Neft Emalı Zavodunun rəhbərliyindən ARDNŞ şefi postuna yüksəlməsindən sonra bir yüksəliş yoluna qədəm qoyub.

Mənbəmizin söylədikləri: «Kimiləri üçünsə Rövnəq Abdullayev sadəlövh kənd adamı təsiri bağışlaya bilər. Ola bilsin ki, onun danışıq qabiliyyəti də bir məmura uyğun şəkildə formalaşmayıb. Amma bütün bunlara rəğmən, kimsə inkar edə bilməz ki, zavod müdirliyindən neft şirkətinin rəhbərliyinə qədər yüksələn Rövnəq Abdullayev kifayət qədər intriqabaz və iddialı bir fiqurdur».

Mənbəmiz xatırladır ki, bir zamanlar adı mətbuatda baş nazir postuna ən şanslı adaylardan biri kimi xarakterizə olunan Rövnəq Abdullayevin belə bir ambisiyyada bulunması kifayət qədər həqiqətə uyğundur: «Rövnəq Abdullayev çox iddialı adamdır və bu gün o, ARDNŞ-dakı mövqelərindən istifadə edərək çox ciddi oliqarxlardan birinə çevrilib. Onun sərvətinin milyardın üzərində olması da söylənilir. Belə bir imkanlı fiqurun bu gün nəinki özü ilə bağlı, hətta öz adamları ilə bağlı karyera planlarının olması da əslində, təbii qəbul olunmalıdır».

Bu zaman redaksiyamızı bilgiləndirən qaynaq Rövnəq Abdullayevin hazırda ARDNŞ Təhlükəsizlik İdarəsininin rəisi postunu tutan və bir zamanlar Milli Təhlükəsizlik Nazirliyində çalışmış, 2005-ci ilin parlament seçkilərində isə həmin ərəfədə deputatlığa namizəd olan Rövnəq Abdullayevin seçki qərargahının rəhbəri olmuş Rəşad Əliyevin MTN-nin rəhbərliyinə gətirilməsi ilə bağlı planlarına işarə edərək bunları bildirdi: «Əslində bir ara mətbuatda ötəri xəbərlərdən biri kimi təqdim olunan bu niyyət çox ciddidir. Halbuki həm Rövnəq Abdullayev və həm də hazırki MTN rəhbəri Eldar Mahmudov prezident İlham Əliyevin yeni komandasının üzvləri hesab olunurlar. Amma buna rəğmən ARDNŞ şefi Eldar Mahmudovun yerinə öz adamını hazırlayır və bu gün Rəşad Əliyev onun tərəfindən çox yüksək dairələrə olduqca fərqli formada təqdim olunmaqdadır».

Bütün bu proseslərin iki ilə yaxındır ki, cərəyan etdiyini bildirən mənbəmizin sözlərinə görə, məhz bu kimi fəaliyyətləri Rövnəq Abdullayevin özünü hədəfə çevirib: «Ola bilsin ki, bu prosesin sonunda Rövnəq Abdullayev vəzifəsindən alınsın. Çünki ARDNŞ şefi elə bir oyuna girib ki, bu döyüşdə «vobank» getməsi onun hadisələrin fərqli inkişafı zamanı özünün belə hədəfə çevrilməsilə nəticələnə bilər».

Hazırda Rövnəq Abdullayevə qarşı hakimiyyət daxilində bir cəbhənin açıldığını bildirən mənbəmiz onu da əlavə etdi ki, ARDNŞ şefini əsas olaraq hədəfdə saxlayanı onun bir nömrəli hədəfi Eldar Mahmudovdur.

Geri qayıt