Əsas Səhifə > Hadisə > GƏMİ KAPİTANIMIZ İTKİN DÜŞÜB

GƏMİ KAPİTANIMIZ İTKİN DÜŞÜB


13-08-2012, 10:43
GƏMİ KAPİTANIMIZ İTKİN DÜŞÜB

HADİSƏ “BAHAR” YATAĞININ YANINDA BAŞ VERİB

Xəzərin Azərbaycan sektorunda gəmi kapitanı itkin düşüb.

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən “Bahar” neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb.

Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.

Geri qayıt