Əsas Səhifə > Cəmiyyət > YEVLAXDAKI QƏZANIN QURBANLARI BƏLLİ OLDU

YEVLAXDAKI QƏZANIN QURBANLARI BƏLLİ OLDU


12-08-2012, 13:18
YEVLAXDAKI QƏZANIN QURBANLARI BƏLLİ OLDU

ÖLƏNLƏR TANINMAZ HALA DÜŞÜB

Bakı-Qazax avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən adamların şəxsiyyəti müəyyən edilib.

APA-nın məlumatına görə, ötən gecə saat 22:00 radələrində magistral yolun 296-cı kilometrliyində, Yevlax rayonu ərazisində Xaçmaz rayon sakini, 26 yaşlı Samit Həsənovun idarə etdiyi 27-BX-759 dövlət nömrə nişanlı “Toyota” markalı minik maşını qarşı tərəfdən gələn Yevlax rayon sakini, 51 yaşlı Çənlibel Abdulova məxsus 10-SN-708 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla toqquşub.

Sürücü Cənlibel Abdulov və sərnişini 44 yaşlı Vidadi Həsənov hadisə yerində dünyasını dəyişib, digər avtomobilin sürücüsü isə koma vəziyyətində Yevlax Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Güclü zərbənin təsiri nəticəsində “VAZ 2106” markalı minik maşını, eləcə də sürücü və sərnişini tanınmaz hala düşüb və onların şəxsiyyətini səhər saatlarında müəyyən etmək mümkün olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt