Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA YENİ TELEKANAL AÇILIR

AZƏRBAYCANDA YENİ TELEKANAL AÇILIR


28-10-2011, 12:14
AZƏRBAYCANDA YENİ TELEKANAL AÇILIR

TANINMIŞ MÜĞƏNNİ HÖKMÜNÜ KEÇİRƏ BİLDİ

DİA.AZ: - Uzun müddət idi ki, Azərbaycanı bütün dünyada tanıtdıran, SSRİ və Azərbaycan SSR Xalq artisti, millət vəkili Zeynəb Xanalarova «ZeynəbTV» kanalının açılması yönündə çaba göstərirdi. Amma onun bu istəyi dəfələrlə rəsmi Bakı tərəfindən rədd edilmişdi.

Məlumat üçün bildirək ki, Türkiyədə fəaliyyətdə olan «TatlısəsTV»nin anoloqu kimi nəzərdə tutulan «ZeynəbTV» sırf olaraq musiqili əyləncə kanalı kimi tamaşaçıların xidmətinə veriləcəkdi.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan son məlumatlardan aydın olur ki, artıq rəsmi dairələr tanınmış müğənninin arzularının çin olmasına şərait yaratmağa söz veriblər. Məlumatlı mənbə bildirir ki, bu günlərdə dövlət başçısı ilə şəxsən məlum mövzunu müzakirə etməyə müvəffəq olan tanınmış müğənniyə prezident tərəfindən icazə verilib:

«Artıq telekanalın qurulması və müvafiq sənədlərin qaydaya salınması yönündə bir hərəkətlənmə var».

Mənbə onu da bildirdi ki, telekanala rəhbərlik ATV kanalının efirlərindən tanıdığımız məhşur telejurnalist Emin Musəviyə həvalə ediləcək.


Geri qayıt