Əsas Səhifə > Dünya > STENLİ İTTİHAMLARDAN USANDI

STENLİ İTTİHAMLARDAN USANDI


28-10-2011, 12:07
STENLİ İTTİHAMLARDAN USANDI

MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ İSTEFA VERDİ

Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavini Klifford Stenli istefa verib.

Teleqraf.az “National Journal”-ın rəsmi saytına istinadən xəbər verir ki, K.Stenli yaxın günlərdə nazirliyin binasını tərk edəcək.

Onu kimin əvəz edəcəyi isə hələlik məlum deyil. Müvəqqəti olaraq bu vəzifənin icrası Stenlinin köməkçisi Joan Runiyə həvalə olunub. Xatırladaq ki, bu ilin avqust ayında nazir müavininə qarşı ağır ittihamlar irəli sürülüb. Məlumatlara görə, Stenli nazirliyin əməkdaşlarını heç bir əsas göstərmədən işdən çıxarırmış. "Bundan başqa, nazir müəvini yaralı əsgərlərə yardım proqramının icrası zamanı ciddi nöqsanlara yol verib” – deyə, Pentaqondakı mənbə , “National Journal”a bildirib.


Geri qayıt