Əsas Səhifə > Ölkə, Manşet > «İSMƏT ABBASOVU VURUN» ƏMRİNİ KİM VERİB?
«İSMƏT ABBASOVU VURUN» ƏMRİNİ KİM VERİB?3-08-2012, 14:42 |
SİFARİŞİN PREZİDENT ADMİNİSTRASİYASINDAN GƏLDİYİ MƏLUM OLDU DİA.AZ: - 2008-ci ilin prezident seçkilərində cərəyan edən olaylardan da aydın oldu ki, kənd təsərrüfatı naziri İsmət Abbasov bəzi çevrələr üçün arzuolunmaz şəxsdir. Onun adının seçkilərdən sonra istefaya göndərilmiş keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevlə qoşa çəkilərək hədəfə alınması və bu müstəvidə həmin ildəki hakimiyyətyönlü prezidentliyə namizədlərin xüsusi fəallıq nümayiş etdirməsi, əslində məsələnin kifayət qədər qaranlıq olmasını da təsdiqləyirdi. Hətta elə bir şərait yaranmışdı ki, başlıca missiyaları müxalifəti söymək olan bəzi prezidentliyə namizədlər, hər şeyi unudaraq elə İsmət Abbasovun üzərində bütün çıxışlarını qururdular. Və bildirək ki, proses sonradan da davam etdirildi və hətta Heydər Babayevin «vurulmasının» ardından İsmət Abbasov yeganə hədəf kimi seçilərək üzərinə daha da iri addımlarla gəlinməyə başlanıldı. Son günlər isə İsmət Abbasov bir sıra iqtidaryönlü mətbuat üçün yeni hədəf kimi müəyyənləşib. Bununla bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar verilib. DİA.AZ-a xəbər verən Nazirlər Kabinetindəki mənbənin sözlərinə görə, əslində həm Heydər Babayevin və həm də İsmət Abbasovun «vurulmaları» ilə bağlı sifariş Prezident Administrasiyasının rəhbərliyi tərəfindən verilib: «Bütün bunları 2005-ci ilini 17 oktyabr hadisələrinin davamı kimi də xarakterizə etmək olar. PA-dakı qüvvələr işlərini hələ də tam olaraq başa çatdıra bilməyiblər. Fərhad Əliyevin qollarını qandallasalar da, onun yerinə təyin olunan Heydər Babayev də sözügedən qüvvələrin marağına zidd fiqur idi. Odur ki, onlar əl çəkməyərək, adamlarını nazir postunda oturdana qədər «mübarizələrini» davam etdirdilər». Amma İsmət Abbasovla bağlı arzularının ürəklərində qalmasını vurğulayan mənbəmiz onu da söylədi ki, lakin PA-dakı məlum çevrələr KTN şefini hədəfdən yayınmağa qoymurlar: «Bu gün diqqət yetirsəniz, hətta tanınmış telekanallarda belə İsmət Abbasova qarşı kampaniya aparılır. Təsadüyi heç nə olmur. Bu da təsadüfi deyil. Ramiz Mehdiyev İsmət Abbasovu bitirmək istəyir. Buna nail ola biləcəkmi? Bu, artıq birincini inandırma prosesindən daha çox asılıdır». Geri qayıt |