Əsas Səhifə > Şou-biznes > "MƏNƏ ƏVVƏLCƏDƏN DANIŞMAQ DÜŞMÜR!"

"MƏNƏ ƏVVƏLCƏDƏN DANIŞMAQ DÜŞMÜR!"


3-08-2012, 13:41
"MƏNƏ ƏVVƏLCƏDƏN DANIŞMAQ DÜŞMÜR!"

ROZA ZƏRGƏRLİ NƏYİN İNTİZARINDADIR?

Dayanmadan yaradıcılığında yeniliklər etməkdə olan Roza Zərgərli bu dəfə Murad Arifin bəstəsinə klip çəkdirəcək. Hər şey demək olar ki, hazırdır - mahnı, rejissor, süjet xətti, işçi qüvvəsi və s. Lakin səbəbkar hamılıqla bərabər gözünü yollara dikməkdədir. Sən demə, müğənni klipdə geyinmək üçün hələ də özünə paltar tapa bilməyib.

""Atəş" üçün geyimlərimi Amerikada sifariş vermişdim. Dünən əlaqə saxladım, bildirdilər ki, 9 geyimin hamısı hazırdır. Deməli, 3-5 günə geyimlər gələcək va klipin çəkilişlərinə başlanılacaq", - deyə açıqlama verən Rozaya deyəsən, əvvəlcədən danışmaq düşür. Bəzi həmkarları ondan fərqli olaraq, gələcək planları barədə öncədən heç nə demək istəmirlər. "Mənə əvvəlcədən danışmaq düşmür!" - deyirlər. Lakin R.Zərgərli çox arxayındır. Təki, həmişə belə arxayın olsun!

Geri qayıt