Əsas Səhifə > Şou-biznes > MİLLİ LEDİ QAQAMIZ OLACAQ

MİLLİ LEDİ QAQAMIZ OLACAQ


3-08-2012, 13:36
MİLLİ LEDİ QAQAMIZ OLACAQ

GƏNC MÜĞƏNNİ NƏDƏN ÖZÜNÜ BU HALA SALIB?

Estrada ulduzu fotolarda da olsa, imicini dəyişəcək.

Milli.Az-a daxil olan məlumata görə, bu dəqiqələrdə paytaxtın istirahət mərkəzlərinin birində tanınmış estrada müğənnisi Sevda Yahyayevanın fotosessiyası başlayıb. Jurnal üçün çəkiləcək şəkillər sənətçini bir neçə fərqli imicdə görünməyə vadar edib.

Maraqlısı budur ki, Sevda dəyişməkdən ötrü Azərbaycanın ən ekstravaqant stilisti Samir Əliyevə müraciət edib.

Əldə etdiyimiz məlumata görə, Samirin əl qabiliyyəti Sevdanın bir neçə obrazda görünməsi ilə nəticələnəcək. Çəkiliş zamanı müğənni həm də dünya ulduzu Ledi Qaqaya çevriləcək.

Onu da bildirək ki, bu fotosessiya S.Əliyevlə Yahyayevanın ilk birgə yaradıcı əməkdaşlığıdır.

Geri qayıt