Əsas Səhifə > Cəmiyyət > İCRA HAKİMİYYƏTİNDƏ NƏYİ BÖLƏ BİLMİRLƏR?
İCRA HAKİMİYYƏTİNDƏ NƏYİ BÖLƏ BİLMİRLƏR?3-08-2012, 13:32 |
SƏBAYEL İH-DƏ BAŞ VERƏNLƏRİN PƏRDƏARXASI Səbayel rayonunda icra başçısı müavin savaşı şiddətlənir. Belə ki, icra başçısı müavininin ona problemlər yaratdığını əsas gətirərək onu yaxın vaxt ərzində zərərsizləşdirməyə çalışır. Hətta onun müavini ilə ziddiyyətləri Prezident Adminstrasiyasında da birmənalı qarşılanmayıb. Artıq yuxarı dairələr bu savaşa son verməyi tələb edirlər. Bu barədə etibarlı mənbələr məlumat veriblər. Mənbə bildirir ki, icra başçısı bu işi asanlıqla həyata keçirə bilməyəcək. Çünki Xalidə Bayramovanı PA-da iri çaplı məmurlardan biri müdafiə edir. Bundan başqa, onun daha bir nazir tərəfindən himayə olunduğu bildirilir. Mənbənin sözlərinə görə, icra başçısı müavinini Səbayeldə qanunsuz işlər görməkdə ittiham edir. Onun rayon ərazisində torpaq satışını nəzarətinə alması isə Asif Əsgərovun əsəblərini demək olar ki, əndazədən çıxarıb. Ona görə də, icra başçısı X.Bayramovun rayondakı faəliyyətini və iri biznes şəbəkələrinə malik olmasını heç cür ona bağışlaya bilmir. Bundan başqa, mənbə vurğulayır ki, icra başçısı ilə müavini arasında konfliktə səbəb olan restoranın tikilməsi də müvəqqəti dayandırılıb. Bu restoranın da iranlı iş adamlarına məxsus olduğu bildirilir. Mənbə bildirir ki, icra başçısı vəzifəsinə iddialı olan Bayramovanın Səbayeldə bu şəkildə geniş şəbəkəyə malik olması əslində Asif Əsgərovu qorxuya salıb. Onun müavini ilə gələcəkdə daha böyük konflikt yaşaya biləcəyi də istisna olunmur. Bununla yanaşı, icra başçısı hazırda daha bir oliqarxla üz-üzə qalıb ki, həmin oliqarx da Səbayeldə böyük biznes şəbəkəsinə mailkdir. Eyni zamanda o, Bayramovanı da müdafiə edir. Konfliktdə adı hallanan şəxslərdən biri də İran vətəndaşıdır ki, onun Azərbaycanda, xüsusən də Səbayel rayonunda böyük biznes şəbəkəsinin olduğu bildirilir. Həmin şəxsin adı bizə tanış olsa da, hələ ki, araşdırmalarımız davam edir. Növbəti yazılarımızda iranlı iş adamları və onların Səbayeldəkı hamilərinin kim olduğunu açıqlayacağıq. DİA.AZ - Ziya Yusifov Geri qayıt |