Əsas Səhifə > Partiya > İSLAM PARTİYASINA QARŞI DAHA BİR QƏRAR

İSLAM PARTİYASINA QARŞI DAHA BİR QƏRAR


2-08-2012, 14:30
İSLAM PARTİYASINA QARŞI DAHA BİR QƏRAR

AİP-İN QƏRARGAH İDDİASI TƏMİN EDİLMƏDİ

Azərbaycan İslam Partiyasının mənzil qərargahının məhkəmə vasitəsi ilə geri alınması üçün mənzil sahibinin vəkili Anar Qasımov Bakı şəhər 1 sayli İnzibati İqtisad Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Bu barədə FaktXeber.com-a açıqlama verənən Azərbaycan İslam Partiyasının (AİP) siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli bildirib ki, dünən Bakı şəhər 1 sayli İnzibati İqtisad Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə mənzil sahibinin məhkəmə qarşısında qaldırdığı iddiaya baxılıb.

Onun sözlərinə görə, məhkəmədə çıxış edən vəkil Anar Qasımov mənzilin həbsinin qeyri qanuni olduğunu və mənzil sahibinin mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu faktlarla açıqlamış, sübuta yetirib. Cavabdeh tərəf kimi çıxış edən Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi Mehdi Mirzəyev heç bir əsaslı iddia irəli sürməyərək işin məhkəmə hökmündən asılı olduğunu və mənzil haqqında heç bir hüquqi həbs aktının prokurorluq tərəfindən tərtib olunmadığını bildirib.

Məhkəmə prosesi bu gün saat 10:00-a təyin olunmuşdu. Bu gün məhkəmə hökmü elan edilib. Bildirilib ki, aparılan araşdırmalar nəticəsində mənzilin həbsi ilə bağlı heç bir inzibati akt olmadığı və hüquqi cəhətdən mənzilin istifadəsinə heç bir aktla məhdudiyyət qoyulmadığına görə inzibati qaydada mənzilin geri qaytarılmasına zərurət yaranmayıb. Hakim mənzil sahibinin mənzildən istifadə etməsin heç bir qanuni məhdudiyyətin olmadığını və həbsin heç bir inzibati aktla tənzim olunmadığını elan edib.

Qeyd edək ki, AİP-in 2011-ci il yanvarın 9-na kimi fəaliyyət göstərdiyi mənzil qərargahının qapısı mənzil təsərrüfatı idarəsi tərəfindən möhürlənib, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının postu qurulub.

Geri qayıt