Əsas Səhifə > Gündəm, Manşet > NAZİR OLİMPİA UĞURSUZLUQLARINA GÜLÜB

NAZİR OLİMPİA UĞURSUZLUQLARINA GÜLÜB


2-08-2012, 13:41
NAZİR OLİMPİA UĞURSUZLUQLARINA GÜLÜB

«AYRI VAXTI TƏHSİLDƏKİ UĞURSUZLUQLARDAN BÜTÜN ÖLKƏ DANIŞIR»

DİA.AZ: - Londonda keçirilən olimpiada dünyada olduğu kimi, Azərbaycanda da maraqla izlənilməkdədir. Hər halda, idmançılarımızın bir-birinin ardından ələnməsi şəraitində belə əksəriyyət yenə də hansısa nailiyyətə ümid edərək yarışmaları seyr etməkdədir.

Məlum olduğu kimi, Azərbaycanın boksda əldə etdiyi nailiyyat sonradan hakimlər tərəfindən ləğv edildi. Bunun da növbəti ajiotaj yaradacağı şübhəsizdir. Amma daha böyük ajiotajı təhsil naziri Misir Mərdanovun olimpiadadakı uğursuzluqlara verdiyi reaksiya yaradacaq. Hər halda, buna şübhə etmirik.

Belə ki, DİA.AZ-a verilən məlumatlara görə, təhsil naziri bu günlərdə nazirliyin bir neçə əməkdaşı ilə söhbətində olimpiadadakı uğursuzluqalır müzakirə edib. Mənbənin söylədikləri: «Nazir gülə-gülə TN əməkdaşlarına bildirib ki, ayrı vaxtı bütün millət təhsildəki uğursuzluqların üstünə gedir. Nədən olimpiadadakı uğursuzluqlar ölkəni qarışdırmır?»

Mənbəmiz bildirir ki, bu yolla Misir Mərdanov sanki özünə haqq qazandırmağa çalışıb. Amma DİA.AZ olaraq bildiririk ki, əbəs yerə… Çünki bir-iki idmançının hansısa yarışmadan geri dönməsini sonradan təlafə etmək olar. Amma bu gün Misir Mərdanovun ağlar günə qoyduğu Azərbaycan təhsilində yetişən gələcəyimizin yaxşıya doğru dəyişdirilməsi imkansızdır.

Geri qayıt