Əsas Səhifə > Hadisə > BAKIDA SÜRÜCÜ YOL POLİSİNİ DÖYDÜ

BAKIDA SÜRÜCÜ YOL POLİSİNİ DÖYDÜ


2-08-2012, 11:36
BAKIDA SÜRÜCÜ YOL POLİSİNİ DÖYDÜ

31 YAŞLI SÜRÜCÜ NƏDƏN BU ADDIMI ATIB?

Bakıda yol polisi əməkdaşı sürücü tərəfindən vəhşicəsinə döyülüb.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 1-dən 2-nə keçən gecə, saat 00:30 radələrində Mikayıl Müşfiq küçəsində yol polisi əməkdaşı, polis baş inspektoru Ağamalı Murad Kamal oğlu xidmətdə olarkən 90 QO 434 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü, Naxçıvan MR Babək rayon Cəhri kənd sakini Mürsəliyev Sarvan Səfəralı oğlu tərəfindən döyülüb.

Məlumata görə, yol polisi əməkdaşı sürücünü yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb və avtomobili cərimə meydançasına apararkən aralarında mübahisə yaranıb.

Qapalı kəllə-beyin travması və digər xəsarətlər alan yol polisi əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Geri qayıt