Əsas Səhifə > Hadisə > AKİF NAĞINI YENƏ HƏBS EDİBLƏR

AKİF NAĞINI YENƏ HƏBS EDİBLƏR


27-10-2011, 18:07
AKİF NAĞINI YENƏ HƏBS EDİBLƏR

QAT SƏDRİNİN POLİSƏ APARILMA SƏBƏBLƏRİ MƏLUM DEYİL

Qarabağ Azadlıq Təşkilatından “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) verilən məlumatda bildirilir ki, QAT sədri Akif Nağı bu gün saat 15:30 radələrində Bakı şəhər Baş polis idarəsinə aparılıb.

Onun polis idarəsinə aparılmasının səbəbi açıqlanmayıb. Güman olunur ki, səbəb son 3 gün ərzində QAT fəallarının aeroport və “Hilton” otelinin qarşısında keçirdikləri bəzi tədbirlərlə bağlıdır. QAT üzvləri qeyri-ənənəvi etiraz formalarından istifadə edərək erməni nümayəndələrin Bakıya gəlişinə və MDB xüsusi xidmət orqanlarının tədbirində iştirakına mane olmağa çalışıblar.


Geri qayıt