Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUDAN MARAQLI JEST

SƏRDAR CƏLALOĞLUDAN MARAQLI JEST


1-08-2012, 15:32
SƏRDAR CƏLALOĞLUDAN MARAQLI JEST

ADP KİNO GÜNÜ İLƏ BAĞLI KİMİ TƏBRİK EDİB?

ADP mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan Demokrat Partiyası kino günü münasibəti ilə əlaqədar Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyova təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli Rüstəm bəy

Kino günü münasibəti ilə sizi və sizin simanızda Azərbaycan kinosunun inkişafında xidməti olan hər bir İttifaq üzvünü təbrik edirik. Siz şəxsən “Oskar” və digər beynəlxalq mükafatlar alan yeganə Azərbaycanlı kimi kino sənətimizi dünya miqyasında layiqincə təmsil edirsiniz.Təəssüf ki, son vaxtlar sizə və rəhbərlik etdiyiniz ittifaqa qarşı siyasi mülahizələrlə kompaniya aparılır, təzyiqlər olunur və ittifaqa alternativlər yaradılır. İnanırıq ki, bu çətinliklər və siyasi sifarişlə həyata keçirilən çirkin kompaniyalar sizin vətəndaş və sənətkar movqeyiniziə təsir etməyəcək və başçılıq etdiyiniz İttifaq Azərbaycan kino sənətini yeni mərhələyə qaldıracaq və beynəlxalq miqyasda yeni-yeni zirvələr fəth edəcək."

Geri qayıt