Əsas Səhifə > Ölkə > DAHA BİR SƏS-KÜYLÜ HƏBS GÖZLƏNİLİR

DAHA BİR SƏS-KÜYLÜ HƏBS GÖZLƏNİLİR


1-08-2012, 14:42
DAHA BİR SƏS-KÜYLÜ HƏBS GÖZLƏNİLİR

İCRA BAŞÇISI HƏBS TƏHÜLKƏSİ QARŞISINDA

Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov ciddi problemlə üzləşib. Gunxeber.com-un bu barədə əldə etdiyi məlumata görə, icra başçısının işini Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yoxlayır.

Xəbərdə bildirilir ki, Laçın rayon İcra Hakimiyyətinin nəzdində yaradılan Xeyriyyə Fondunun vasitəsilə külli miqdarda vəsaitin mənimsənilməsidi.

Bu fondun vətəndaşlara yardım etməsi adı ilə yüzlərlə adamın adına müxtəlif məbləğlərdə pul yazılıb və mənimsənilib.

Bu faktın üstünü isə “Kapitalbank”ın Laçın filialının keçmiş müdiri açıb. Ramiz Cəbrayılovla həmin şəxs arasında uzun müddət ciddi problem olub. Nəticədə icra başçısı onu işdən çıxartdıra bilib. O isə bu yeyintiyə dair əvvəlcədən çıxarıb özündə saxladığı faktları prokuroluğa təqdim edib. Bundan sonra araşdırmalar başlayıb və hazırda adına pul yazılan vətəndaşlar dindirilir.

İcra başçısı isə çox təşviş içərisindədi. Hakimiyyətdə elə bir dayağı olmayan R.Cəbrayılov faktiki olaraq həbs təhlükəsi ilə üzləşib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt