Əsas Səhifə > Cəmiyyət > DEPUTAT MÜXALİFƏT QƏZETLƏRİNİ İTTİHAM ETDİ
DEPUTAT MÜXALİFƏT QƏZETLƏRİNİ İTTİHAM ETDİ1-08-2012, 14:37 |
“ETDİYİM ÇIXIŞIN HEYFİNİ ALIRLAR” “Bu qətl hadisəsinin üstündən 15 gün keçməsinə baxmayaraq, qəzetlər hər gün bir yeni fərziyyə irəli sürərək mənim adımı hallandırırlar. Ünvanıma olmazın ittihamları səsləndirilir. Mən isə susuram. Bu susmaq razılıq əlaməti deyil. Mən ən azı haqqımda deyilən hər bir sözün cavabını verə bilərəm. Lakin baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir. Mən bir millət vəkiliyəm və sıravi adam deyiləm. Verdiyim hansısa açıqlama istintaqa təsir kimi izah oluna bilər. Amma sizə bəzi şeyləri demək məcburiyyətindəyəm”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında YAP-ın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov iki həftə əvvəl “1001 gecə” istirahət mərkəzində qardaşı oğlu Rəşad Mirələmovun qətl törətməsi və bundan sonra yayılan informasiyaları şərh edərkən bildirib. Millət vəkili deyib ki, onun qohumları ilə bağlı bir neçə il əvvəl də baş verən faciəli hadisəyə görə bir neçə dəfə adını mənasız yerə hallandırıblar: “Mən başa düşürəm. Cəmiyyətdəki statusumdan dolayı adımın hallanması təbiidir. Lakin yazılanların heç olmasa onca faizi düzgün olsa adama təsir eləməz. İndi mən də durub deyə bilərəm ki, deputat seçkiləri vaxtı canlı efirdən bəzi müxalifət qəzetləri etdiyim çıxışın heyfini alırlar. Heç nə demirəm. Çünki, hər şeyi zaman göstərəcək” . H. Mirələmov baş verən hadisə ilə bağlı çox təəssüfləndiyini bildirib. Axı ölən də, öldürən də gənc azərbaycan vətəndaşlarıdır. Bizim millətin genefonu idilər. Vətən uğrunda şəhid olmaq daha yaxşı olmazdımı? Təəssüf ki, bu hadisə artıq baş verib, nə etmək olar? Qoy istintaq və ədalətli məhkəmə son sözlərini desinlər. Bəzi jurnalistlərə isə üzümü tutub deyirəm: “Axı siz başqa insanların düçar olduğu faciəyə niyə sevinirsiniz? ay filankəsi tutdular, ay qətlin sifarişcisi filankəsdir, ay filankəs respublikadan qaçib və s. Unutmaq lazım deyil ki, insanlığın ən böyük meyarı vicdandır. Vicdanınızın səsinə qulaq asın, hec vaxt qara rənglə ağ rəngi qarışdırmayın”. Xatırladaq ki, iyulun 17-də saat 03-00 radələrində Səbayel rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində Mirələmov Rəşad Əlirza oğlunun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib. Mirələmov Rəşad həbs edilib. Geri qayıt |