Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOVLA BAĞLI ŞOK AÇIQLAMALAR GƏLDİ

KƏRƏM HƏSƏNOVLA BAĞLI ŞOK AÇIQLAMALAR GƏLDİ


1-08-2012, 12:49
KƏRƏM HƏSƏNOVLA BAĞLI ŞOK AÇIQLAMALAR GƏLDİ

«SAKİNLƏR HƏSƏNOV QARDAŞLARINI CƏLİLABADDAN QOVMAQ İSTƏYƏR»

DİA.AZ: - Bir ara mətbuatda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə münasibətlərini qaydaya salması barədə xəbərlər yayılsa da, bunların sonradan həqiqətə uyğun olmadığı bildirildi. Bu barədə dünən DİA.AZ-a məlumat verən keçmiş nazirə yaxın şəxslərdən biri vurğuladı ki, Kərəm Həsənov nəinki Fərhad Əliyevin həbsinə səbəb olan proseslərdə iştirak edib, hətta günü bu gün də ona qarşı fəaliyyətini davam etdirir.

Bildirək ki, keçmiş nazirə axın olan şəxs redaksiyamıza anonim qaydada ilginc açıqlamalar da verib ki, biz də həmsöhbətimizin istəyinə uyğun olaraq onunla söhbətimizi adını açıqlamadan diqqətinizə çatdırırıq:

«Kərəm Həsənov Fərhad Əliyevin hesabına bu günkü mərtəbəyə gəlib. Fərhad Əliyev ona çox inanırdı. Mərhum prezident Heydər Əliyevə də ilk dəfə Kərəm Həsənovu Fərhad Əliyev təqdim edib və onun yaxşı iqtisadçı olduğunu bildirib. Heydər Əliyev də Kərəm Həsənovu irəli çəkib».

«Amma Kərəm Həsənov indi Fərhad Əliyev olmadan da keçinir» replikamıza cavab olaraq həbsöhbətimiz qeyd etdi: «Yox, bu adam yenə də Fərhad Əliyevin çörəyini yeyirg. Əgər əvvəl Fərhad Əliyevin sayəsində hakim elitaya daxil ola bilmişdisə, indi də Fərhad Əliyevin əleyhinə getməklə öz mövqelərini qoruyur. Yəni yenə də keçmiş nazir onu ayaqda tutur. Fərhad Əliyev həbs olunmasaydı, Kərəm Həsənovu çoxdan bayıra atmışdılar».

Mənbəmiz onu da bildirdi ki, Kərəm Həsənovun həm özü və həm də deputat qardaşı Malik Həsənov hətta Cəlilabad rayonunda da Fərhad Əliyevə qarşı təbliğatlarını, fəaliyyətlərini davam etdirirlər: «Camaatı qınamalı deyil. Bu gün onların daşları da çiçək açır. Hamı da onlardan ehtiyat edir. Özlərinə də elə gəlir ki, guya rayonda böyük nüfuz sahibidirlər. Amma Cəlilabad camaağının əksəriyyətinin bu gün səmimi şəkildə Fərhad Əliyevə hörmət etdiyini, Rafiq Əliyevin adını uca tutduğunu kimsə dana bilməz. Bu qardaşlar Cəlilabad camaatına yaxşılıqdan başqa heç nə etməyiblər. Amma Həsənov qardaşları barmaqlarını qatlayıb desinlər ki, kiməsə yaxşılıq ediblər. Camaatın əlində imkanı olsa, Kərəm Həsənovla, Malik Həsənovu rayondan qovar».

Adları çəkilən şəxslərin hər birinin mövqeyini işıqdlandırmağa hazırıq.

Geri qayıt