Əsas Səhifə > Hadisə, Manşet > NAZİR FUTBOL QUMARINDA YENƏ UDUZUB

NAZİR FUTBOL QUMARINDA YENƏ UDUZUB


27-10-2011, 16:46
NAZİR FUTBOL QUMARINDA YENƏ UDUZUB

«XƏZƏR LƏNKƏRAN» AZAD RƏHİMOVUN ÜMİDLƏRİNİ DOĞRULTMAYIB

DİA.AZ: - Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun futbol qumarına hədsiz marağının olması barədə məlumatlar dəyələrlə yerli mətbuatda yer alıb. Elə redaksiyamıza son olaraq daxil olan informasiyadan da aydın olur ki, nazir hələ də bu azartından imtina etmək niyyətində deyil.

Halbuki ona bu məsələ ilə bağlı dəfələrlə iradların tutulduğu söylənilir və qeyd olunur ki, hətta prezident də bir neçə dəfə eyhamlı şəkildə onun bu şakərindən məlumatlı olduğunu ifadə edib.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan son məlumatlardan isə məlum olur ki, Azad Rəhimov nəinki iradları nəzərə almır, hətta futbol qumarına yoluxduğunu rəsmən elan etməkdən belə çəkinmir. Bu barədə mötəbər mənbənin söylədikləri: «Nazir həm də futbol azarkeşidir. Özü «Real» Madrid futbol klubunun fanatıdır. Və daha çox bu komandanın qələbəsinə stavka edir».

Mənbə bildirir ki, bu günlərdə nazir «Real» Madridin oyununu şəxsən izləyə bilməsi üçün hətta kimsəyə xəbərdarlıq etmədən İspaniyada da olub: «Nazirin bu şakərindən hər kəs məlumatlıdır. Hətta hazırda internet vasitəsilə məşhur totalizatorlara futbol oyunları üçün pul da qoyur. Doğrudur, əksər hallarda uduzsa da, yenə də vərdişinə sadiqdir».

Bu günlərdə isə nazirin «Xəzər-Lənkəran» komandasının qələbəsinə stavka etdiyini bildirən mənbəmizin sözlərinə görə, «Bakı» klubunu yenəcəyi şübhə doğurmayan Lənkəran komandası nazirə baha başa oturub: «Yerli və xarici kontorlara təkcə bu oyun üçün üst-üstə olaraq 100 min manata yaxın pul qoyub. Daha çox xarici kontorlara pul yatırıb. Hər halda, bu səs-küyün çıxmaması ilə bağlıdır».

Geri qayıt