Əsas Səhifə > Ölkə > BAKIDA DAHA BİR SÖKÜNTÜ ƏMƏLİYYATI

BAKIDA DAHA BİR SÖKÜNTÜ ƏMƏLİYYATI


31-07-2012, 14:07
BAKIDA DAHA BİR SÖKÜNTÜ ƏMƏLİYYATI

BU DƏFƏ YASAMAL VİRAN EDİLƏCƏK

Bakıda bir neçə ildir davam edən söküntü əməliyyatlarına yaxın vaxtlardan etibarən daha biri əlavə olunmağa başlayır. TİA.AZ-a çatan məlumata görə, BDU-nun yataqxanalarından başlamış, Alatavaya qədər böyük bir ərazidəki həyaət evləri hökumətin hədəfinə gəlib.

Oradakı evləri sökmək üçün hazırlıqlara başlayan Bakı Meriyası ilə Nazirlər Kabinetinin həmin ərazilərdə hansı planları icra edəcəkləri məlum deyil. Hökumətdəki mənbələrdən TİA.AZ-a verilən məlumatda deyilir ki, həmin ərazilərdə təqribən 7-10 minə yaxın ailə yaşayır. Həmin şəxslərin Bakının kənarına köçürülməsi nəzərdə tutulur. Sakinlərə veriləcək kompensasiyanın miqdarı isə aşağı salınacaq. Belə ki, şəhərin digər yerlərindəki evlərin hər kvadratına görə, vətəndaşlara 1500 manat təklif olunurdusa, Yasamalda bu rəqəm 1000 manat həcmində olacaq. Hökumətin belə bir rəqəm müəyyənləşdirməsinin səbəbləri isə məlum deyil.

Bəzi bilgilərə görə, ilin sonundan etibarən start götürəcək planda kompensasiyanın aşağı salınmasının səbəbi prezident seçkiləri ilə əlaqəlidir. TİA.AZ-a çatan məlumatlara görə, prezident seçkiləri ərəfəsində əhalinin əlinə böyük miqdarda pulların keçməsini istəməyən hakimiyyət bu addımı atmağı düşünür. Ehtiyat etdiyi variant isə odur ki, həmin pullar müxalifətin güclənməsinə yardımçı ola bilər.

Geri qayıt