Əsas Səhifə > Partiya > AYAZ MÜTƏLLİBOV HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETDİ

AYAZ MÜTƏLLİBOV HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETDİ


31-07-2012, 13:57
AYAZ MÜTƏLLİBOV HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETDİ

O, ŞƏHİDLƏR XİYABANINDA DA OLUB

31 iyul təqvimdə Azərbaycan dövləti və vətəndaşları üçün heç bir əlamətdar gün deyil. Amma buna baxmayaraq bu gün səhər saat 09:00-10:00 radələrində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Şəhidlər Xiyabanına yollanıb.

Mütəllibov kiçik oğlu və bir nəfər də sürücüsü ilə xiyabana düşüb. Ona görənlər GUNDEMİNFO.AZ-a bildiriblər ki, sürücü Şəhidlər Xiyabanın qarşısında dayanıb «Fatihə» vermək istəsə də eks-prezident hərəkətini davam etdirib. Ətrafa baxmadan tələsik xiyabanı ziyarət edən Mütəllibovun çox qısa bir zamanda ərazidən uzaqlaşdığı söələnilir.

Aldığımız məlumata görə, eks-prezident Şəhidlər Xiyabanından sonra Fəxri Xiyabana da yollanıb. Onun Azərbaycanın mərhum prezidenti Heydər Əliyevi ziyarət etdiyi də bildirilir.

Geri qayıt