Əsas Səhifə > Siyasət, Manşet > RAFİL HÜSEYNOVUN 10 MANATLIQ MAXİNASİYASI

RAFİL HÜSEYNOVUN 10 MANATLIQ MAXİNASİYASI


31-07-2012, 13:46
RAFİL HÜSEYNOVUN 10 MANATLIQ MAXİNASİYASI

SAHİBKARLARI TALAYAN İCRA BAŞÇISI İNDİ DƏ MÜƏLLİMLƏRİN CİBİNƏ BAXIR

DİA.AZ: - Masallı rayonuna yeni təyinat almış icra başçısı Rafil Hüseynov sözün həqiqi mənasında hamını heyrətə salmağa başlayıb. Rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatlardan belə aydın olur ki, Masallıdakı gəlirli sahələr uğrunda ilk gündən mübarizə aparan icra başçısı artıq yeni metodların tətbiqinə də start verib.

Belə ki, Rafil Hüseynov Təhsil Nazirliyinin qərarı olmadan rayonda müəllimlər arasında attestasiya keçirmək barədə göstəriş verib. Mənbə redaksiyamıza bildirir ki, icra başçısı yaşından və işlədiyi müddətdən asılı olmayaraq, bütün müəllimlərin bu müsabiqədə iştirakını vacib bilib. Halbuki Təhsil Nazirliyinin bununla bağlı konkret qərarı var. Həmin qərara əsasən 10 il davamlı olaraq müəllim işləmiş şəxslərin atesstasiyası keçirilə bilməz.

Lakin Rafil Hüseynov üçün nazirin nə deməsi və ya hansı qərar verməsi önməli deyil. Əsas məsələ odur ki, Masallı rayon Təhsil Şöbəsi bu attestasiyanı keçirərək, müəllimlərdən pul yığmalıdır. Redaksiyamıza məlumat verən şəxslər bildiriblər ki, müsabiqədən keçmək üçün müəllimlərdən 10 manat pul yığılır. Bu isə rayonda çalışan 2500 nəfərdən artıq müəllimdən 25 min manat yığılması deməkdir.

Görünür, rayonun icra başçısı Rafil Hüseynov başqa şəkildə pul yığa bilməyəcəyini görərək, bu vasitəyə əl atıb.

Geri qayıt