Əsas Səhifə > Dünya > RUSİYA MEŞƏLƏRİ YANA-YANA GEDİR

RUSİYA MEŞƏLƏRİ YANA-YANA GEDİR


31-07-2012, 13:32
RUSİYA MEŞƏLƏRİ YANA-YANA GEDİR

21,7 MİN HEKTAR ƏRAZİDƏ YANĞIN SÖNDÜRÜLMƏYİB

Ötən gün ərzində Rusiya ərazisində meşə yanğınlarının sayı 201-dən 190-a enib, Sibir, Ural və Uzaq Şərqdə daha gərgin vəziyyət mövcuddur. SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Roslesxoz" məlumat verib.

“Hazırda Rusiyada ərazisi 21,7 min hektar təşkil edən 190 meşə yanğın davam edir. Yaşayış məntəqələri və iqtisadi obyektlər üçün təhlükə yoxdur. Ötən gün alov 5,5 min hektar ərazini əhatə edib”, - məlumatda bildirilir.

Verilən məlumata əsasən, Krasnoyarsk diyarında 8,2 mni hektar ərazini əhatə edən 73 meşə yanğını, Tomsk vilayətində 8 min hektar ərazini əhatə edən 35 yanğın, Hantı-Mansiysk Muxtar Dairəsində 1,9 min hektar ərazini əhatə edən 19 yanğın, Yakutiyada 1,6 min hektar ərazini əhatə edən 17 yanğın, Tuvada 1,3 min hektar ərazini əhatə edən 15 yanğın davam edir.

Yanğın söndürülməsi üçün 4,9 min nəfər, 516 yanğın texnikası, 46 təyyarə çalışır.

Geri qayıt