Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVADAN SÜRPRİZ

AYGÜN KAZIMOVADAN SÜRPRİZ


31-07-2012, 13:07
AYGÜN KAZIMOVADAN SÜRPRİZ

MÜĞƏNNİ NABRANDA KONSERT VERƏCƏK

Xalq artisti Aygün Kazımova Nabran konsertində səhnəni hansı dostu ilə bölüşəcək?

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın istirahət bölgəsi kimi tanınan Nabranda verəcəyi “İkinci sən” adlı konsertində yaşanacaq sürprizlərdən biri də açıqlanıb.

Avqustun 4-də baş tutacaq konsertin təşkilatçısı, Aygün xanımın prodüseri Tarix Əliyev (Tolik) bu barədə oxucularımızı məlumatlandırmaqda maraqlı oldu:

“Vəd verdiyimiz “Aygünlü gecə”nin əsas qonaqlarından birinin adını açıqlayıram. Bu, tanınmış müğənni, Aygün xanımın yaxın dostlarından olan Xəyyam Nisanovdur. "Atlant" istirahət mərkəzində baş tutacaq konsertdə Aygün Kazımova ilə Xəyyam rus dilində ifa etdikləri yeni duetlərini təqdim edəcəklər”.

"İkinci sən" adlanan konsert saat 21:00-da başlayacaq və 2 saatdan artıq davam edəcək. Xalq artistini tanınmış şou-balet qrupunun rəqqasları da müşayiət edəcəklər.

Xatırladaq ki, informasiya dəstəyinin Milli.Az olduğu konsertin baş sponsoru "Tudor" çaylarıdır.

Geri qayıt