Əsas Səhifə > Güney Press, Araşdırma > “TOYLAR KRALI”NIN İŞİ MƏHKƏMƏDƏ

“TOYLAR KRALI”NIN İŞİ MƏHKƏMƏDƏ


31-07-2012, 12:44
“TOYLAR KRALI”NIN İŞİ MƏHKƏMƏDƏ

MƏMİŞ HƏSƏNOV FİNAL NƏTİCƏLƏRİNİN LƏĞVİNİ İSTƏYİR

2011-ci ilin avqust ayında ANS TV-də yayımlanmış “Toylar kralı” verilişinin final nəticələrinin ləğvi tələb olunur. Femida.az-ın məlumatına görə, bununla bağlı Məmiş Həsənov ANS Müstəqil Yayım və Media Şirkəti, “Aztelecom” İstehsalat Birliyi, “Azercell-Telekom” MMC və “Azon” MMC-ni məhkəməyə verib.

Səbail rayon Məhkəməsi iddianı təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

İşin ən maraqlı tərəfi isə budur ki, ANS TV vasitəsilə yayımlanmış “Toylar kralı” verilişinin sabiq iştirakçısı Nail Laçınlı mətbuata açıqlama verərək sözügedən məhkəmə barədə danışıb. Maraqlıdır ki, müğənninin əsl adı Məmiş Həsənovdursa, o özünü niyə Nail Laçınlı kimi təqdim edib?

Hazırda işə Ali Məhkəmədə baxılır.

Geri qayıt