Əsas Səhifə > Gündəm, Manşet > HACIQABULUN İCRA BAŞÇISININ MÜDDƏTİ BİTDİ

HACIQABULUN İCRA BAŞÇISININ MÜDDƏTİ BİTDİ


31-07-2012, 12:20
HACIQABULUN İCRA BAŞÇISININ MÜDDƏTİ BİTDİ

MƏTBUATLA ZOR DİLİNDƏ DANIŞAN ƏHMƏD MUXTAROV VƏZİFƏSİNDƏN ALINIR

DİA.AZ: - Təxminən iki il əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov hakimiyyətin üst cinahının hədəfinə çevrilib. Hətta yerli mətbuatda belə bir xəbər də verildi ki, qaramaskalılar tərəfindən oğurlanan icra başçısından «obşıy katyol»dan oğurlanan bir milyon manatlıq vəsaitin haqq-hesabı sorulub.

Doğrudur, bundan sonra Əhməd Muxtarovun qoçuları bu xəbəri yayan qəzetlərin üstünə düşdülər və hətta «Yeni Müsavat» qəzetinin əməkdaşları ölümlə də hədələndi. Yəni bununla da Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin adamı kimi tanınan Əhməd Muxtarov mətbuatla hansı dildə danışdığını ortaya qoymuş oldu.

İndii isə leksikonunda «səni həyatdan silərəm» ifadəsindən başqa bir kəlmə olmayan Əhməd Muxtarovun özünün karyerasının bitmə nöqtəsinə gəlməsi barədə məlumatlar almışıq. Hökumət içindəki bilgili qaynaqlardan DİA.AZ-a verilən xəbərə görə, Hacıqabul rayonunda baş verən özbaşınalıqlar və xüsusilə də ciddi korrupsiya faktlarının mövcudluğu şəraitində belə mövqelərini qorumağa müvəffəq olmuş Əhməd Muxtarov bu ilin sentyabr ayında icra başçılarının növbəti «yarpaq tökümü» sezonunda vəzifəsindən alınacaq.

Mənbəmiz bildirir ki, onun icra sistemindən birdəfəlik olaraq uzaqlaşdırılması nəzərdə tutulur. Amma sözügedən plandan xəbərdar olan Rövnəq Abdullayev adamına sahib çıxmaq niyyətindədir və onun yenidən ARDNŞ sisteminə qayıdışı gözlənilir.

Bildirək ki, Əhməd Muxtarov 2006-cı ildən icra başçısıdır. Və onunla bağlı bu vaxta qədər mətbuatda çox ciddi ittihamlar səslənib. Həmin ittihamlardan birini isə yuxarıda xatırlatdıq. Mənbəmiz iddia edir ki, sentyabr ayında Əhməd Muxtarovla yanaşı, daha 3 rayonun başçısı də vəzifəsini itirəcək.

Geri qayıt