Əsas Səhifə > Güney Press, Üçüncü sektor > POLİS SİSTEMİNDƏ KADR İSLAHATI GÖZLƏNİLİR

POLİS SİSTEMİNDƏ KADR İSLAHATI GÖZLƏNİLİR


31-07-2012, 12:04
POLİS SİSTEMİNDƏ KADR İSLAHATI GÖZLƏNİLİR

RASİM MUSAYEV BAKI POLİSİNƏ GƏTİRİLİR

Gəncə Şəhər Polis İdarəsinin rəisi, general Rasim Musayev Bakıya gətirilir. Gunxeber.com-un bu barədə əldə etdiyi məlumata görə, R.Musayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olacaq.

Bir müddət sonra isə ona daha böyük vəzifə veriləcək.

Qeyd edək ki, R.Musayevin BŞBPİ-yə gətirilməsi planı əvvələr də olub. Amma müəyyən səbəblərdən bu plan təxirə salınıb.

R.Musayev daxili işlər naziri Ramil Usubova kifayət qədər yaxın şəxs sayılır.

Geri qayıt