Əsas Səhifə > Ölkə > “SƏNİ YARANDIĞINA PEŞMAN EDƏRƏM”
“SƏNİ YARANDIĞINA PEŞMAN EDƏRƏM”30-07-2012, 14:17 |
ŞAHVƏLƏD ÇOBANOĞLUNDAN EYNULLAYA SƏRT CAVAB İqtisadçı Zöhrab İsmayılla qarşı Facebook sosial şəbəkəsində təhqiredici iffadələr işlədən keçmiş məhbus Eynulla Fətullayev fikirlərinə ilk sərt münasibəti tanınmış jurnalist Şahvələd Çobanoğlunun göstərməsi tərəfləri açıq şəkildə üz-üzə gətirib. “Azadlıq” qəzetindəki köşəsində Ş.Çobanoğlunun Eynulla ilə bağlı fikirlərini qələmə alması ikincini yenə də hövsələdən ıxarıb. O, Şahvələd Çobanoğluya cavab verərkən yenə də etik prinsipləri aşıb. Eynullanın bu fikirlərinə dərhal münasibət bildirən jurnalist Şahvələd Çobanoğlu isə onu yazıq adlandırıb: “Sən yazıq, mənim nəinki üzümə, hətta arxamca söz deyəndə dizlərin əsər. Deyəsən, ümidlisən ki, adamları təhqirinlə, hədənlə qorxudub susdurasan, mənə keçməz, hakimiyyətə arxalanıb adamların üstünə gəlirsən, sən nə günlərə düşdün?! Onlara çox arxayın olma, yenə mənim kimilərinə ümid bəslə bu dünyada. Mənə bədbəxt deyirsən, amma Azərbaycanda haqqında Bədbəxt ifadəsi filmləşən yeganə adam sənsən, sənin kimi birisi çəkib. Səni o zaman qoruyan mən idim. Kimin heytainin alıb-alınmamasından sən heç danışma. (?) Səndən rus dilini bilən Hafiz Hacıyev düzəldirlər – guya xəbərin yoxdur. Getdikcə batırsan. Atamın adını isə heç vaxt çəkmə, səni yarandığına peşman edərəm”. Geri qayıt |