Əsas Səhifə > Siyasət, Manşet > İQTİDAR MƏZAHİR PƏNAHOVDAN İMTİNA EDİR

İQTİDAR MƏZAHİR PƏNAHOVDAN İMTİNA EDİR


30-07-2012, 13:23
İQTİDAR MƏZAHİR PƏNAHOVDAN İMTİNA EDİR

PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ MSK-NIN BÜTÜN RƏHBƏRLİYİ DƏYİŞƏCƏK

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasında ciddi dəyişikliklər gözlənilir. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb. Mənbəmiz iddia edir ki, artıq neçə seçkidir ki, YAP iqtidarının xidmətində duran MSK sədri Məzahir Pənahov da gözlənilən dəyişikliklərin qurbanlarından biri olacaq.

Xatırladaq ki, Məzahir Pənahov hələ mərhum prezident Heydər Əliyevin dövründən MSK-ya rəhbərlik edir və onun aktivində xeyli sayda seçki saxtakarlığı var. Doğrudur, bu fakt onun «vurulmasında» heç bir rol oynamır. Sadəcə olaraq, artıq iqtidar düşərgəsinin başbilənləri Məzahir Pənahovun xidmətlərindən imtina barədə qərar veriblər.

Onun yerinə isə olduqca maraqlı bir fiqurun gətiriləcəyi gözlənilir. Mənbəmiz həmin şəxsin kimliyini açıqlamasa da, verilən məlumatlardan belə aydın olur ki, yeni MSK sədri gənc kadr olmaqla yanaşı, onun beynəlxalq qurumlar tərəfindən də hörmətlə qarşılanan çox ciddi reputasiyası var. Ki, bu səbəbdən ekspertlər indidən MSK-da nəzərdə tutulan rəhbər dəyişikliyini hətta hakimiyyətin Qərbə jesti kimi də dəyərləndirirlər. Bunu da mənbəmiz söyləyir…

Geri qayıt