Əsas Səhifə > Cəmiyyət > RAMİZ MEHDİYEVƏ KİMLƏR TƏLƏ QURUB?

RAMİZ MEHDİYEVƏ KİMLƏR TƏLƏ QURUB?


30-07-2012, 13:09
RAMİZ MEHDİYEVƏ KİMLƏR TƏLƏ QURUB?

PA RƏHBƏRİNİN ADI "MUR AY" QALMAQALINDA MƏQSƏDLİ HALLANDIRILIR

Məşhur "Mur Ay" qalmaqalı ilə bağlı “AzeriNews.org”-a yeni məlumatlar daxil olub. Bu məlumatlar Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adının bu qalmaqalda hansı səbəbdən hallandırılması ilə bağlıdır.

Yada salaq ki, "Mur Ay" MMC-nin rəhərliyi mütəşəkkil cinayətkar dəstə yaradaraq bir mənzili bir neçə nəfər satmaqla 1000-ə yaxın vətəndaşın pulunu mənimsəməsi faktı ictimailəşəndə və bu müdhiş dələduzluq olayına görə, Azərbaycan Nəşriyyatının keçmiş kommersiya direktoru Qalib Məmmədbəyli həbs ediləndə baş verənlərlə bağlı Ramiz Mehdiyevin adı da gündəmə gətirilmişdi. İddia olunurdu ki, Qalib Məmmədbəyli PA rəhbərinin sifarişilə həbs edilib və bunun kökündə hakimiyyətdaxili ziddiyyətlər dayanır. Məsələ burasındadır ki, Qalib Məmmədbəyli fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin yaxın qohumudur. Adıçəkilən məmurlarla Ramiz Mehdiyevin münasibətləri isə uzun müddətdir ki, ürəkaçan deyil. Kəmaləddin Heydərovun "ikincilik" iddiası onu Ramiz Mehdiyevlə üz-üzə gətiribsə, Zeynal Nağdəliyev PA rəhbəri postuna yiyələnmək arzusu ilə bu vəzifənin hazırki sahibilə münasibətlərini korlayıb. Bu baxımdan da Kəmaləddin Heydərovla Zeynal Nağdəliyevin ictimaiyyətdə qohumlarının məsum obrazını yaratmaq üçün Ramiz Mehdiyevin adını gündəmə gətiriblər. PA rəhbərinin onlarla konfliktdə olması dövriyyəyə buraxılan məlumatı inandırıcı edib.

Əslində isə bəllidir ki, "Mur Ay" qalmaqalında Qalib Məmmədbəyli də məsuliyyət daşıyır. Hər halda o, bu şirkətinin tikinti işlərinə başlaması üçün xeyli səy göstərib. Binalar üçün yer alınmasından tutmuş, dövlət qurumlarından müvafiq sənədlərin toplanmasına qədər bütün işləri Qalib Məmmədbəyli görüb. Hətta bəzi məlumatlara görə, müştərilərlə müqavilələri də özü də bağlayıb. Sadəcə imza onun olmayıb. Təsadüfi deyil ki, müştərilər də ilk növbədə pullarını ondan tələb edirdilər.

Lakin hökumətin korrupsiyaya qarşı mübarizə başlatdığı bir vaxtda Qalib Məmmədbəylinin həbsi Kəmaləddin Heydərovla Zeynal Nağdəliyev üçün sarsıdıcı zərbə olduğundan onlar diqqəti əsas məsələdən yayındıraraq, baş verənlərin qrup oyunu olması barədə rəy yaratmağa başladılar. Bu, həm ictimaiyyət, həm də hakimiyyət daxilinə hesablanmış bir addım idi. Məlumatlara görə, nazirlə şöbə müdiri prezident İlham Əliyevin bu faktla bağlı onlardan izahat tələb edəcəyini və nəticənin ağır olacağından ehtiyat edərək bu addımı atıblar.

“AzeriNews.org”-a mənbənin bildirdiyinə görə, plan təxminən belə olub: “Cənab, prezident Qalib Məmmədbəylinin bu işdə hər hansı təqsiri yoxdur. Sadəcə maraqlı qüvvələrə bizi sizin yanınızda nüfuzdan salmaq üçün onun təqsirkar kimi qələmə verib həbs ediblər. Baxın, mətbuat da bundan duyuq düşüb və bu yöndə yazılar dərc edir. Təbii ki, İlham Əliyev o qədər də sadəlövh deyil ki, bu deyilənlərə inansın. Elə bu səbəbdəndir ki, Qalib Məmmədbəyli barədə mətbuatda başlanan "günahsızdır" kampaniyası effekt vermədi. O hələ də həbsdədir və çox güman ki, vətəndaşları aldatdığına görə layiqli cəzasını alacaq. Lakin bununla fövqaladə hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının (PA) şöbə müdiri Zeynal Nağdəliyev barışmaq istəmirlər. Onlar yaxın qohumları cinayətkar Qalib Məmmədbəylini təmizə çıxartmaq üçün mübarizə aparırlar. Ölkə mediasında dərc edilən sensasion məktublar isə məhz həmin mübariznənin nəticəsidir”.

Geri qayıt