Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ EVSENİN HƏBSİ SİFARİŞİ BAKIDAN VERİLİB
ƏLİ EVSENİN HƏBSİ SİFARİŞİ BAKIDAN VERİLİB29-07-2012, 16:18 |
KƏMALƏDDİN HEYDƏROV ŞEYXİN QUDASINI BİTİRMƏK NİYYƏTİNDƏDİR DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirdik ki, Azərbaycanda kifayət qədər tanınmış iş adamı olan Əli Evsen İspaniya polisi tərəfindən həbs olunub. Bildirək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan Ədi Evsenə qarşı hələ bir il əvvəldən ittiham irəli sürülmüşdü. Məlumata görə, Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Saleminin cinayət işi ilə əlaqədar tutulub. O, iyulun 1-də İnterpol tərəfindən İspaniyada saxlanıb. Misir ədliyyə nazirinin köməkçisi Assem el Qoxeri bildirib ki, Əli Evsen Hüseyn Salemin törətdiyi bir sıra cinayətlərlə əlaqədar Misirə təhvil veriləcək. O, Evsenin qanunauyğun şəkildə İspaniyadan Misirə təhvil verilməsi üçün bütün zəruri addımların atılacağını deyib. Əli Evsenin qohumu, deputat Hacı Qalib Salahzadə isə açıqlamasında bu məlumatların doğru olmadığını və bu xəbərlərin Əli Evsene qarşı təxribat olduğunu bildirib: “Bunlar yalan məlumatlardır. Mən şəxsən özüm iyulun 16-da Əli Evsenlə telefonla danışmışam. Onu yaxın qohumumuzun toyuna dəvət etmək üçün zəng eləmişdim. Lakin Əli Evsen işlərinin çox olduğunu əsas gətirərək üzrxahlıq elədi və toy şənliyinə qatıla bilməyəcəyini dedi”. Qeyd edək ki, Əli Evsenin özü də açıqlama verərək bu məlumatın doğru olmadığını qeyd edib. Onu da bildirək ki, Əli Evsen Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır. Bu arada isə DİA.AZ-a Əli Evsenlə bağlı olduqca ilginc məlumatlar daxil olub. Mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, sən demə, Əli Evsenin həbsinin sifarişi Bakıdan verilibmiş. Mənbəmiz iddia edir ki, Əli Esvenə qarşı dayanan cinaha fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir: «Bu gün Kəmaləddin Heydərov Əli Evsenin Bakıdakı bütün biznes şəbəkəsini ələ keçirib. FHN şefi onun həbsinə də nail olmağa çalışır və hətta onun Rusiyanın xüsusi xidmət orqanlarının əli ilə əldə etdiyi məlumatları İspaniyanın hüquq-mühafizə orqanlarına ötürməsi barədə də məlumatlar var». Mənbəmiz bildirir ki, bir neçə dəfə öz əlaqələri hesabına Əli Esveni həbs etdirən, laki nonu uzun müddət həbsdə saxlatdıra bilməyən Kəmaləddin Heydərovun biri işi də şeyxin qudası ilə bağlı Azərbaycanın yerli ictimaiyyətinə çaşdırıcı məlumatların ötürülməsinin təşkilindən ibarətdir. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |