Əsas Səhifə > Ölkə > MƏHBUS JURNALİST MÜDAFİƏSİZ QALIB
MƏHBUS JURNALİST MÜDAFİƏSİZ QALIB27-10-2011, 13:34 |
AYDIN CANIYEVƏ HƏLƏ DƏ VƏKİL TUTULMAYIB Aydın Canıyevə hələ də vəkil tutulmayıb. Oktyabrın 27-də “Media forum” saytına açıqlamasında qardaşı Şahəddin Canıyev buna belə izah verib: “Biz Aydının işində zərərçəkmiş kimi keçən adamlarla danışıb onların barışığa razılaşmasına çalışırıq. Ən vacib məsələ budur. Bundan sonra vəkil tutmaq haqda fikirləşmək olar”. “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri olan Aydın Canıyev sentyabr ayında vətəndaş Zemfira Xəlilovanı təhqir etmək və Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin “Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub. Aydın Canıyev hazırda Bakı İstintaq Təcridxanasında saxlanır. Media Hüququ İnstitutu Aydın Canıyevin müdafiəsi üçün vəkil ayırmağa razılıq verib. Ancaq bunun üçün Aydın Canıyevin ailəsindən vəkil üçün müraciət olunması və müqavilə imzalaması gərəkdir. Geri qayıt |