Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN 27 ÖLKƏ İLƏ HƏRBİ MÜQAVİLƏ BAĞLAYIR

AZƏRBAYCAN 27 ÖLKƏ İLƏ HƏRBİ MÜQAVİLƏ BAĞLAYIR


29-07-2012, 14:05
AZƏRBAYCAN 27 ÖLKƏ İLƏ HƏRBİ MÜQAVİLƏ BAĞLAYIR

BU YÖNDƏ İŞ GEDİR

Azərbaycan hazırda 27 ölkə ilə hərbi əməkdaşlığa dair sənədələrin imzalanması istiqamətində müzakirələr aparır. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin ölkələrlə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumların imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalanıb.

Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İsveçrə, Koreya və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.

İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir.

Neft kəmərlərinin mühafizəsi üzrə Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə hər il birgə "ETERNITY" təlimi keçirilir.

Geri qayıt