Əsas Səhifə > Dünya > RUSİYADAN BƏŞƏR ƏSƏDƏ ŞOK ZƏRBƏ

RUSİYADAN BƏŞƏR ƏSƏDƏ ŞOK ZƏRBƏ


29-07-2012, 13:57
RUSİYADAN BƏŞƏR ƏSƏDƏ ŞOK ZƏRBƏ

«BİZ SURİYA REJİMİNİN YAXIN DOSTU DEYİLİK»

DİA.AZ: - Hər gün onlarla vətəndaşının qanını axıdan Suriyanın qaniçən lideri Bəşər Əsədə bu dəfəki zərbə dünənə qədər ona ən yaxın dövlət hesab olunan Rusiyadan gəldi. Bu barədə DİA.AZ Rusiya KİV-inə istinadən xəbər verir.

Məlumatlara görə, Soçidən qayıdarkən mətbuat qarşısında «Bəşər Əsədə Moskva sığınacaq verəcək» iddialarına cavab verən Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, bütün bunlar dedi-qodudan başqa bir şey deyil: «Biz Suriya rejiminin yaxın dostu deyilik. Heç bir zaman da olmamışıq».

Sergey Lavrov hələ daha da irəli gedərək bu gün Əsəd rejiminə qarşı mübarizə aparan Suriya müxalifləri ilə rəsmi Moskvanın nümayəndələri arasında görüşün nəzərdə tutulduğunu da bildirib: «Suriya müxalifləri bizi baş verənlərin bir inqilab olduğuna inandırmağa çalışır. Biz də deyirik ki, əgər bu inqilabdırsa, o zaman nətən MBT-dən kömək istənilir, axı inqilabları xalqın özü edir».

Geri qayıt