Əsas Səhifə > Dünya > BİRİNCİ LEDİ 9 DİLİ MÜKƏMMƏL BİLİR

BİRİNCİ LEDİ 9 DİLİ MÜKƏMMƏL BİLİR


29-07-2012, 13:56
BİRİNCİ LEDİ 9 DİLİ MÜKƏMMƏL BİLİR

ŞİMALİ KOREYANIN GƏNC LİDERİ YENİ AMPLUADA

DİA.AZ: - Dünyaya ən bağlı ölkə hesab olunan Şimali Koreyanın kimliyi geniş ictimaiyyətə keçən həftə açıqlanan birinci ledisi Ri Sol-ju ilə bağlı yeni məlumatlar yayılıb.

DİA.AZ-ın xarici mətbuata istinadən verdiyi xəbərdə deyilir ki, Şimali Koreyanın gənc lideri Kim Jonq-unun həyat yoldaşı 6 ay müddətində «Birinci ledilik dərsi» alıb və onun IQ-si tam olaraq 151 standartındadır.

9 dil bildiyi söylənilən 25 yaşındakı Sol-junun ölkəsinin idarə edilməsində də rol oynayacağı şübhəsizdir. Məlumatlarda deyilir ki, çiçəyi burnunda olan birinci ledi eyni zamanda ərinin tərcüməçiliyini də həyata keçirir. Bildirilir ki, müxaliflərinin etirazına səbəb olacaq həddə Amerika yanlısı olan Şimali Koreya lideri həyat yoldaşının da Qərbə meyilli olmasını önə çəkərək, ölkəsinin adının müharibə ilə yox, sülhlə qoşa çəkilməsini də arzulayır.

Geri qayıt