Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN ÜÇÜN DƏHŞƏTLİ RƏQƏMLƏR

AZƏRBAYCAN ÜÇÜN DƏHŞƏTLİ RƏQƏMLƏR


29-07-2012, 13:35
AZƏRBAYCAN ÜÇÜN DƏHŞƏTLİ RƏQƏMLƏR

750 MİN HEPATİT XƏSTƏMİZ VAR İMİŞ

Qeyri Hökumət Təşkilatları Azərbaycanda 750 min hepatit xəstəsinin olması qərarına gəliblər.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə Hüquqi və Demokratik İnkişaf İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva məlumat verib.

Onun sözlərinə görə, rəsmi statistika başqa rəqəmlər göstərsə də, hepatit C bütün dünyanı ölümlə təhdid edir. Onun təhlükəliliyi isə gizli epidemiya olmasındadır. “Bu xəstəliyə düçar olmuş insanlarda heç bir simptomlar görünmür. Xəstəlik barədə yalnız analizlər nəticəsində öyrənmək mümkündür. Hazırda dünyanın hər 12-ci sakini bu xəstəlikdən əziyyət çəkir”, - Zülfiyyə Mustafayeva deyib.

O, analizlərin həm dövlət, həm də özəl klinikalarda aparıldığını bildirib. QHT sədri özəl klinikaların nəticələri gizlətdiyini, eyni zamanda pasientlərin də ananomliyi qorumaq hüququna malik olduqlarını sözlərinə əlavə edib.

Bu sahədə digər çatışmazlıq, Azərbaycanda hepatiti müalicə edə biləcək həkimlərin az olmasıdır.

Bundan başqa, klinik protokollar da köhnəlib. Eyni zamanda, hepatitin müalicəsi baha başa gələndə, xəstəliyə yoluxmuş şəxslər digərlərini də yoluxdurmağa davam edirlər.

Geri qayıt